Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVA TƏŞKİLATIN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK TOPLANTISINDA İŞTİRAK ETMİŞDİR

Paris, 14 may (AZƏRTAC). Mayın 14-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva toplantıda iştirak etmişdir.

Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında təşkilatın yüksək vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.

YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır.

Toplantını YUNESKO-nun baş direktoru Koişiro Matsuura açdı. O, ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verdi. Bildirildi ki, xoşməramlı səfirlər ailəsinə iki yeni üzv qəbul edilib. Onlar Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko və Kamerunun birinci xanımı Şantal Biyadır. Baş direktor yeni xoşməramlı səfirləri bir daha təbrik etdi.

Koişiro Matsuura YUNESKO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını, müxtəlif dövlətlər və beynəlxalq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi.

YUNESKO-nun baş direktoru bu ilin martında Azərbaycanda səfərdə olduğunu, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə Beynəlxalq Muğam Mərkəzinin və 1-ci Beynəlxalq Muğam Festivalının açılışında iştirak etdiyini bildirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festivalın böyük dinləyici auditoriyası topladığını diqqətə çatdıran Koişiro Matsuura vurğuladı ki, bu Fond Azərbaycanın inkişafı naminə böyük işlər görür, muğam sənətinin qorunması, inkişafı və təbliği ilə bağlı həyata keçirilən tədbirlər baxımından çox uğurludur. Koişiro Matsuura bildirdi ki, muğam dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və onun inkişafı diqqət mərkəzindədir. Baş direktor Azərbaycan xalqının daha bir musiqi sənətinin - aşıq musiqisinin həmin siyahıya daxil edilməsi istiqamətində iş getdiyini, bu ilin oktyabrında Abu-Dabidə Dünya Qeyri-Maddi Mədəni İrs Komitəsinin iclasında məsələyə baxılacağını bildirdi.

Koişiro Matsuura xoşməramlı səfirlərin ictimai-siyasi həyatdakı fəallığını yüksək qiymətləndirdi və YUNESKO-nun işinə töhfə verdiklərini dedi.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış etdi.

Heydər Əliyev Fondunun ötənilki fəaliyyəti barədə məlumat verən Mehriban Əliyeva dedi ki, qurum mədəniyyət, təhsil və sosial sahələrdə bir sıra böyük layihələri uğurla həyata keçirmişdir. Bir neçə gün bundan əvvəl isə Heydər Əliyev Fondunun beşilliyi qeyd edilib. Bu münasibətlə biz beş il ərzində Fond tərəfindən görülən işləri əks etdirən kitab nəşr etmişik. Kitab Heydər Əliyev Fondunun məqsədlərini açıqlayır və həyata keçirilmiş layihələr haqqında ətraflı məlumat verir. Bu gün həmin kitabın nüsxələri toplantı iştirakçılarına paylanıb.

Təhsil, səhiyyə və mədəniyyət sahələrində son beş il ərzində gördüyümüz işlər Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram qazandırmışdır deyən Azərbaycanın birinci xanımı bildirdi ki, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatla sıx əməkdaşlığı təqdirəlayiqdir.

Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin açıldığını, Heydər Əliyev Fondunun dəstəyi ilə mart ayında Beynəlxalq Muğam Festivalının keçirildiyini söylədi.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun digər xalqların da mədəni irsinin qorunmasına kömək göstərmək niyyətindən danışdı və Afrika dövlətlərinin qeyri-maddi mədəni irsinin qorunması layihəsinə maliyyə yardımı göstərməyə hazır olduğunu bildirdi. Dörd ay üçün nəzərdə tutulmuş bu layihə Afrika dövlətlərindən 26 mütəxəssisi mədəni irsin qorunması sahəsində formalaşdırmaq məqsədi daşıyır.

Xoşməramlı səfir Mehriban Əliyeva YUNESKO ailəsinin üzvü olmaqdan böyük şərəf hissi duyduğunu dedi. Azərbaycanın birinci xanımı YUNESKO ideallarının, prinsiplərinin həyata keçirilməsində göstərdiyi şəxsi səylərinə görə təşkilatın baş direktoru Koişiro Matsuuraya minnətdarlığını bildirdi.

X X X

İordaniya şahzadəsi, xoşməramlı səfir xanım Ferial təhsil sahəsində problemlərin həllinin, dünyada savadsızlığın qarşısının alınmasının zəruriliyini diqqətə çatdırdı.

Litva Prezidenti, xoşməramlı səfir Valdas Adamkus da eyni mövqedən çıxış edərək bildirdi ki, indi məktəblərdə kompyuter texnologiyalarının tətbiqi, internetdən istifadə yaxşı təhsil üçün baza rolunu oynaya bilər.

Kamerunun birinci xanımı, xoşməramlı səfir Şantal Biya isə rəhbərlik etdiyi fondun təhsil sahəsində gördüyü işlərdən danışdı.

YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis səhiyyə sahəsində görülən işlərə diqqət çəkdi. O, ölkəsində - Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan şərait və onlara qayğı layihələrindən bəhs etdi. Prezident İlham Əliyevin bu ilin əvvəlində Yunanıstana dövlət səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin uşaqları ziyarət etdiyini, onların valideynləri ilə görüşdüyünü diqqətə çatdırdı.

YUNESKO-nun xoşməramlı səfirləri dünyanın münaqişələrdən əziyyət çəkən bölgələrində təhsil, səhiyyə və mədəni irsin qorunması ilə bağlı layihələrin həyata keçirilməsi, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi fikrində yekdil oldular. Onlar Əfqanıstan, İraq, Livan, Qəzzə zolağı və bəzi Afrika ölkələrində təhsil və səhiyyə sahəsində yaranan böhranın aradan qaldırılması ideyasını dəstəklədiklərini, bu sahələrlə bağlı infrastrukturun yaradılması və mövcud olanların bərpası üçün irəli sürülmüş təşəbbüsə qoşulduqlarını bəyan etdilər.

Yığıncağın sonunda xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.

Yeri gəlmişkən qeyd edək ki, YUNESKO-nun nəşrlərində ölkəmiz və Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş məlumatlar yer almışdır. YUNESKO-da Azərbaycanla bağlı keçirilən mərasimlər, ölkəmizin zəngin mədəniyyəti, tarixi irsi haqqındakı bu nəşrlərdə böyük Avropa ailəsinin üzvü olan respublikamızda Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və onların əhəmiyyətindən söhbət açılır.

Yığıncaq başa çatandan sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın adından xoşməramlı səfirlərin şərəfinə nahar verildi.

Nahar zamanı YUNESKO-nun baş direktorunun fəaliyyətindən, onun ölkəmizə səfərlərindən bəhs edən filmin nümayişi oldu. Heydər Əliyev Fondunun təqdim etdiyi filmdə Koişiro Matsuuranın fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salınmış, YUNESKO-nun inkişafındakı xidmətləri xüsusi vurğulanmışdır.

Filmin nümayişindən sonra Koişiro Matsuura Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Mehriban Əliyeva Koişiro Matsuuraya xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycanın birinci xanımı Bakıda keçirilən birinci Beynəlxalq Muğam Festivalının disk-kataloq toplusunu da YUNESKO-nun baş direktoruna hədiyyə etdi.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik