DÜNYA
“Hindistan bülbülü” koronavirusdan vəfat edib
![“Hindistan bülbülü” koronavirusdan vəfat edib](/files/2022/1/1200x630/16441342955609645731_1200x630.jpg)
Bakı, 6 fevral, AZƏRTAC
Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar-aktrisa Lata Manqeşkar Mumbay şəhərində vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə "NDTV" kanalı məlumat yayıb.
Bildirilib ki, aktrisa 92 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirən L.Manqeşkar ölkəsində “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılırdı. Müğənni filmlərdə 30-dan çox hind, o cümlədən marathi və benqal dillərində mahnılar oxuyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [23:05]
Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür
- 03.07.2024 [22:52]
Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]