Hindistanda donuz qripindən 226 nəfər ölüb
Bakı, 5 fevral, AZƏRTAC
2019-cu ilin yanvar ayında və fevralın ilk günlərində Hindistanda “donuz qripi” xəstəliyindən 226 nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, təkcə fevralın 5-də H1N1 virusu bu ölkədə 31 insanın ölümünə səbəb olub. Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində 6601 nəfərin bu virusun daşıyıcısı olduğu müəyyən edilib. Onlardan 2030 nəfəri virusa son yeddi gündə yoluxub. “Donuz qripi” xəstəliyinin epidemiyaya çevrildiyi bölgə isə 85 nəfərin öldüyü Rajastan əyalətidir. Dehli, Qujarat, Haryana əyalətlərində də virusun yayılması təhlükəli həddə çatıb. Hindistan paytaxtında 479 nəfərdə “donuz qripi” xəstəliyi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]