ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Zati-aliləri.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və öz adımdan Zati-alinizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, təşkilatımızın Sizin dəyərli şəxsiyyətinizə və ortaq ideallarımıza sarsılmaz sadiqliyinizə dərin hörmətini bir daha təsdiqləyirəm.
İyirmi ildir ki, Siz ICESCO-nun dəyərli xoşməramlı səfiri olaraq sivilizasiyalar arasında dialoq, ortaq irsimizin qorunması və İslam dünyasında uşaqların və qadınların rifahı ilə bağlı işlərimizə real dəstək vermisiniz. Bu, həm də Sizin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi öz ölkəniz üçün gördüyünüz böyük işləri əks etdirir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızı həsr etdiyiniz nəcib məqsədlərə çatmaqda tükənməz güc arzulayıram. ICESCO Zati-alinizin ruhlandırıcı rəhbərliyi ilə qarşıdakı illərdə Azərbaycanla səmərəli tərəfdaşlığı dərinləşdirməyi inamla və minnətdarlıqla gözləyir.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.
Səlim bin Məhəmməd əl-Malik
ICESCO-nun Baş direktoru