İLK ÇIXIŞ UĞURLU OLMUŞDUR
Ağdaşdakı Füzuli adına mədəniyyət sarayında əsaslı təmir və yenidənqurma işləri başa çatdırıldıqdan sonra burada xalq teatrı təşkil olunmuş, “Ərəş” instrumental ansamblı fəaliyyətə başlamışdır.Mədəniyyət sarayında AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər iki kollektiv hazırladıqları maraqlı proqramlarla özlərinin ilk sənətkarlıq məharətini nümayiş etdirmişlər. “Ağdaşın ağ günləri” devizi ilə keçirilmiş “Ərəş-2003” festivalının qalibləri də həmkarlarını səhnədə tək qoymamışlar. Şəhər sakinləri bədii özfəaliyyət kollektivlərinin çıxışını alqışlarla qarşılamış, belə musiqili-əyləncəli gecələrin tez-tez keçirilməsini arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]