Azərbaycan Dövlət İnformasiya Agentliyi

İNGİLTƏRƏ İLƏ HƏRTƏRƏFLİ ƏLAQƏLƏRİMİZİN MÖHKƏM BÜNÖVRƏSİ QOYULUR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYÜK BRİTANİYAYA RƏSMİ SƏFƏRİ DAVAM EDİR
QARŞILIQLI ANLAŞMA ŞƏRAİTİNDƏ

Fevralın 23-də Böyük Britaniyanın xarici işlər naziri Daqlas Hörd Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iqamətgahına gələrək onunla görüşdü. O, Böyük Britaniya kraliçasının məktubunu Azərbaycan Prezidentinə təqdim etdi. Kraliça öz məktubunda Azərbaycan dövlətinin başçısını salamlayaraq, məzuniyyəti ilə əlaqədar ölkənin başqa şəhərində olduğu üçün onunla görüşə bilmədiyinə təəssüfləndiyini qeyd edir.

Böyük səmimilik və qarşılıqlı anlaşma şəraitində keçən bu görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəm zəmin üzərində qurulması ilə əlaqədar məsələlər hərtərəfli müzakirə olundu. Azərbaycan Prezidenti nazirə respublikamızda hazırki ictimai-siyasi vəziyyət, demokratik proseslərin gedişi, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə geniş söhbət açdı. İngiltərənin xarici işlər naziri bu məsələyə öz hökumətinin münasibətini açıqlayaraq bildirdi ki, Böyük Britaniya Azərbaycanın mövqeyini dəstəkləyəcəkdir.

Görüşdə respublikanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, Azərbaycanın Böyük Britaniyadakı səfiri Mahmud Məmmədquliyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanq iştirak edirdilər.

ENERGETİKA SAHƏSİNDƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ

Prezident Heydər Əliyev öz iqamətgahında Böyük Britaniyanın energetika naziri Tim Eqqarı qəbul etdi. Görüşdə iki ölkə arasında yaranan əməkdaşlıqda energetika sahəsində də qarşılıqlı əlaqələr qurulmasının əhəmiyyəti qeyd edildi və bildirildi ki, bunun üçün çox geniş imkanlar və perspektivlər vardır. Prezident respublika iqtisadiyyatının dirçəldilməsində energetika, neft və qaz sənayesinin inkişafının xüsusilə zəruri olduğuna toxunaraq bildirdi ki, biz sizin zəngin təcrübənizin öyrənilib tətbiq edilməsinə, birgə fəaliyyətə tərəfdarıq. Qəbulda iki ölkə arasında energetika sahəsində imzalanacaq memorandum barədə də söhbət açıldı.

ƏMƏKDAŞLIQ İMKANLARI GENİŞDİR

Azərbaycan Böyük Britaniya ilə bütün istiqamətlərdə əməkdaşlığa maraq göstərir. Bunun üçün kənd təsərrüfatı sahəsində də geniş imkanlar vardır. Biz təkcə lazımı ərzaq məhsulları almağa yox, kənd təsərrüfatı işlərinin aparılması sahəsində də sizin ölkə ilə respublikamız üçün faydalı əlaqələr qurmağa əhəmiyyət veririk.

Respublika Prezidenti Heydər Əliyev bu fikri fevralın 23-də öz iqamətgahında Böyük Britaniyanın kənd təsərrüfatı , balıqçılıq və ərzaq naziri xanım Cilian Şeferdi qəbul edərkən söylədi. Görüşlə əməkdaşlıq perspektivləri hərtərəfli müzakirə edildi və Böyük Britaniya kənd təsərrüfatı mütəxəssislərinin Azərbaycana gedərək konkret sahələrdə tələbatı öyrənmək, vəziyyətlə tanış olaraq lazımi məsləhətlər vermək, əməli kömək etməsi barədə təklif məmnuniyyətlə qəbul olundu.

TƏNTƏNƏLİ QARŞILANMA MƏRASİMİ

Fevralın 23-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyində, məşhur Forin Offisdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkədə təntənəli rəsmi qarşılanma mərasimi keçirildi. Forin Offis Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqları ilə bəzədilmişdi. Azərbaycan dövlət başçısının şərəfinə meydanda fəxri qarovul düzülmüşdü.

Böyük Britaniya hökumətinin iqamətgahı - Dauninq strit Xarici İşlər Nazirliyi binasının lap yaxınlığındadır. Yerli vaxtla saat 12.15-də Baş nazir Con Meycor onu müşayiət edən şəxslərlə birlikdə hörmətli qonağın rəsmi qarşılanma mərasiminin keçirildiyi meydana gəldi. Hamının nəzərləri Forin Offisinin möhtəşəm darvazasına dikilmişdi. Bir qədər keçmiş fəxri qarovulun rəisi “Farağat” komandası verdi. Orkestrin ifasında musiqi sədaları ətrafa yayıldı. Azərbaycan Prezidentini gətirən maşın meydana daxil oldu. Prezident Heydər Əliyev və Baş nazir Con Meycor mehribanlıqla görüşdülər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev meydanda qurulmuş fəxri kürsüyə qalxdı. Azərbaycan və Böyük Britaniyanın dövlət himnləri ifa olundu. Fəxri qarovulun rəisi Azərbaycan Prezidentinə raport verdi. Heydər Əliyev fəxri qarovul rəisinin müşayiəti ilə əsgərlərin önündən keçdi.

Azərbaycan Prezidenti və Böyük Britaniyanın Baş naziri onları müşayiət edən şəxslərlə birlikdə hökumət binasına daxil oldular.

MÜHÜM SƏNƏDLƏR İMZALANDI

Mərasimdən dərhal sonra Heydər Əliyev ilə Con Meycor arasında danışıqlar başlandı. Daha sonra Azərbaycan və Böyük Britaniya dövlətləri arasında sənədlərin imzalanması mərasimi keçirildi. Heydər Əliyev və Con Meycor Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni və daha altı mühüm sənədi imzaladılar. Mərasimdə iqtisadi sənədlər paketinə daxil olan səkkiz saziş imzalandı.

Görüşlərdə və mərasimlərdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, Vahid Axundov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Mahmud Məmmədquliyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanq və digər rəsmi şəxslər iştirak etdilər.

Dövlət müşaviri Qabil Hüseynli AZƏRTAC-ın müxbirinin xahişi ilə bu görüşləri şərh edərək dedi:

- Azərbaycan Prezidentinin Böyük Britaniyanın Baş naziri və xarici işlər naziri ilə görüşləri çox böyük nəticələrə malikdir. Qeyd etmək lazımdır ki, İngiltərə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və Dağlıq Qarabağın ölkəmizə məxsus olduğunu birmənalı şəkildə vurğuladı. Böyük Britaniya hökumətinin və xarici siyasət idarəsinin başçıları bildirdilər ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün beynəlxalq təşkilatlar, xüsusən BMT və ATƏM xətti ilə bütün diplomatik səylərdə və siyasi yollar axtarışında respublikamıza böyük yardımçı olacaqlar.

Böyük Britaniya tərəfi özünün iqtisadi mənafeyi naminə Azərbaycanda fəaliyyət göstərərkən respublikamızın siyasi maraqlarını da hərtərəfli müdafiə edəcəyini gizlətmir. Azərbaycan-İngiltərə danışıqları, əldə edilmiş nəticələr Fransa ilə və digər dövlətlərlə aparılmış danışıqların yekunlarından geri qalmır, hətta onları xeyli dərəcədə üstələyir.

Dövlət müşaviri daha sonra bildirdi ki, Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sözün həqiqi mənasında çox böyük diplomatik uğurdur və dünya miqyasında, beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun möhkəmlənməsində, bütövlükdə siyasi tarazlığın bizim xeyrimizə dəyişməsində müvəffəqiyyətli nəticələr verəcəkdir. İmzalanmış sənədlər - dostluq və əməkdaşlıq haqqında Azərbaycan-Böyük Britaniya müqaviləsi, iqtisadi mövzuda səkkiz saziş bir daha təsdiq edir ki, respublikamız beynəlxalq siyasətdə böyük addımlar ataraq dünya diplomatiyasında özünə möhkəm mövqe qazanır. Bütün bunlar isə müharibəyə son qoyulması və Dağlıq Qarabağ probleminin həlli yollarını təmizləyir, bu yolda bizə böyük yardım hazırlayır.

VESTMİNSTER ABBATLIĞINI ZİYARƏT

Fevralın 23-də günortadan sonra Heydər Əliyev və onu müşayiət edən şəxslər Londondakı məşhur Vestminster Abbatlığına gəldilər. Azərbaycan Prezidentini Abbatlığın rəhbərliyi qarşıladı. Heydər Əliyev müharibədə həlak olmuş Böyük Britaniya əsgərinin rəmzinə çevrilən naməlum əsgərin şərəfinə qoyulmuş lövhənin qarşısında baş əydi. Daha sonra o, əzəmətli binanın salonlarına baxdı.

BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTUNDA GÖRÜŞ

Elə həmin gün axşam Azərbaycan Prezidenti və onu müşayiət edən şəxslər Böyük Britaniya Krallığı Beynəlxalq Əlaqələr İnstitutunda oldular. Heydər Əliyev institutun professor-müəllim heyəti tərəfindən hərarətlə qarşılandı. İnstitutun rektoru Azərbaycan Prezidentini salamladı.

Heydər Əliyev alimlərin qarşısında geniş nitq söylədi. O, Böyük Britaniya səfərinin məqsədini açıqladı, iki dövlət arasında bağlanmış müqavilələrdən geniş bəhs etdi. Azərbaycan Prezidenti bu səfəri yüksək qiymətləndirərək bildirdi ki, London görüşləri dövlətlərimiz arasında əməkdaşlığın möhkəm təməlini qoydu. Heydər Əliyev Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın perspektivlərindən geniş bəhs etdi, ölkəmizdə hazırki daxili ictimai-siyasi vəziyyət barədə söhbət açdı və dedi ki, müstəqillik yoluna qədəm qoymuş Azərbaycan dünya dövlətlərinin təcrübəsindən istifadə edərək, öz milli ənənələrinə arxalanaraq demokratiya yolu ilə gedəcəkdir.

Ermənistanın Azərbaycana təcavüzündən ətraflı bəhs edən Heydər Əliyev respublikamızın divardan asılmış xəritəsinə yaxınlaşdı və müharibənin başlanması səbəbləri, onun gedişi, işğal olunmuş Azərbaycan əraziləri barədə görüş iştirakçılarında dolğun təsəvvür yaratdı. O bildirdi ki, Ermənistan Silahlı Qüvvələri nəinki Dağlıq Qarabağın ərazisini, hətta ondan xeyli kənarda olan bir sıra digər rayonlarımızı da ələ keçirmiş, yüzlərlə kəndi, qəsəbəni, neçə-neçə şəhəri talan edib dağıtmışlar. İşğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlı didərgin düşmüş, öz torpağında qaçqına çevrilmiş, hazırda ağır şəraitdə yaşayır.

Heydər Əliyev bildirdi ki, Ermənistan beynəlxalq təşkilatların qərarlarına, böyük dövlətlərin, dünya ictimaiyyətinin təsirinə məhəl qoymur, işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmağa razılıq vermir. Azərbaycan müharibə istəmir, biz sülh tərəfdarıyıq, müharibənin dayandırılması ilə bağlı bir çox təşəbbüslər irəli sürmüşük. Lakin işğalçı Ermənistan ordusu, Ermənistan hökuməti danışıqlar stolu arxasında oturmaqdan açıq-açığına boyun qaçırmışdır. Hazırda Azərbaycan xalqı, Azərbaycan ordusu ayağa qalxaraq öz torpaqlarını müdafiə etməyə başlamışdır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisindən çıxmayınca, biz öz mübarizəmizi davam etdirəcək, torpaqlarımızı düşməndən azad edəcəyik.

Azərbaycan Prezidentinin çıxışı çox böyük diqqətlə dinlənildi və rəğbətlə qarşılandı.

Heydər Əliyev görüşün iştirakçılarını maraqlandıran suallara cavab verdi, vəziyyəti tam aydınlığı ilə izah etmək məqsədi ilə dəfələrlə respublikamızın xəritəsi qarşısına gəldi və dinləyicilərdə əyani təsəvvür yaratdı.

SOYDAŞLARIMIZLA GÖRÜŞ

Fevralın 23-də gecədən xeyli keçmiş Azərbaycan Prezidenti Londondakı “Hilton” hotelinə gəldi və İngiltərə paytaxtında yaşayan azərbaycanlılarla görüş keçirdi. Heydər Əliyev salona toplaşanlar tərəfindən böyük hərarətlə, alqışlarla, gül-çiçək dəstələri ilə qarşılandı. Prezidentimiz salona daxil olanda yerlərdən “Heydər Əliyevə eşq olsun!” sözləri səsləndi. Olduqca maraqlı keçən görüşdə Heydər Əliyev çıxış etdi. Görüşdə Londonun Azərbaycan icmasının nümayəndələri də çıxış etdilər, respublikamızla daha sıx əlaqələr qurulması barədə öz arzu və təkliflərini bildirdilər. Onlar Azərbaycan radiosu verilişlərinin İngiltərədə yayılmasına, Londonda Azərbaycan evi, informasiya mərkəzi yaradılmasına kömək göstərməyi xahiş etdilər. Heydər Əliyev görüş iştirakçılarını maraqlandıran suallara cavab verdi. Görüş dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mühüm tədbir oldu.

Görüşdən sonra soydaşlarımız dəstə-dəstə Heydər Əliyevə yaxınlaşdılar və Prezidentdən avtoqraf aldılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda yarımstansiyada güclü partlayış baş verib

ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək