Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiya nəşr olunub

“İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiya nəşr olunub

Bakı, 8 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarına müvafiq olaraq “İnformasiya texnologiyaları” nəşriyyatında “İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiya nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın müəllifləri institutun əməkdaşları iqtisad elmləri doktoru Əlövsət Əliyev və texnika elmləri üzrə fəlsəfə doktoru Roza Şahverdiyevadır.

Yeni nəşr giriş, səkkiz fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Girişdə tədqiqatın aktuallığı əsaslandırılıb, məqsəd və həll olunacaq məsələlər konseptual formada müəyyən edilib. Qeyd olunur ki, yüksək elmi-texnoloji inkişaf dövrü kimi xarakterizə olunan müasir dövrdə rəqəmsal innovasiya və texnologiyaların bütün idarəetmə, istehsal və xidmət sahələrində tətbiq olunması istiqamətində qabaqcıl dünya ölkələri yeni inkişaf mərhələsinə və mühitinə daxil olublar. Sürətlə inkişaf edən süni intellekt, əşyaların interneti (IoT), 5G, robotlaşma, “Big Data” və s. texnologiyaların hərtərəfli tətbiqi paralel olaraq müvafiq yüksək texnologiya sektorlarının özlərinin də daha çox inkişaf etdirilməsini zəruri edir. İKT sferasında yüksək texnologiya məhsullarının istehsalı sahələri də artıq dünya iqtisadiyyatının əsas inkişaf trendlərindən biri hesab olunur. Bu isə yüksək texnologiyaların formalaşdığı və istehsal olunduğu innovasiya müəssisələrinin və strukturlarının fəaliyyətinin daha da effektiv təşkili və idarə olunması məsələlərinin həll olunmasını tələb edir.

Hazırda müxtəlif xarakterli innovasiya strukturlarına qoyulmuş tələblərin, perspektiv beynəlxalq tövsiyələrin, göstərişlərin, razılaşmaların analitik təhlili əsasında onların yaradılmasının, fəaliyyətinin effektiv təşkili, stimullaşdırılması, tənzimlənməsi və keyfiyyətli idarə olunması əsas vəzifələrdəndir. Bu məqsədlə formalaşdırılan idarəetmə model, metod, mexanizmlərinin sistemləşdirilməsi, ümumiləşdirilməsi və elmi-nəzəri cəhətdən əsaslandırılaraq, iqtisadi-riyazi metodlardan və ən müasir İKT vasitələrindən istifadə etməklə onların inteqrativ formada təkmilləşdirilməsi informasiya cəmiyyətinin və onun rəqəmsal iqtisadiyyatının qarşısında duran ən ümdə məsələlərdəndir. Bu səbəbdən təqdim olunan monoqrafiya qoyulan məsələlərin həllinə istiqamətlənmiş, rəqəmsal transformasiya şəraitində aktual elmi istiqamətdə hazırlanmış tədqiqatlardan biri hesab oluna bilər.

Tədqiqatın məqsəd və vəzifələri innovasiya fəaliyyətinin təşkili problemlərinin səmərəli həlli mexanizmlərinin işlənilməsi, tətbiqi və idarə olunması üçün müvafiq təhlillərin aparılması, modellərin, metodların, alqoritmlərin və tövsiyələrin işlənilməsidir. Tədqiqatın predmetini isə innovasiyaların, innovativ müəssisələrin formalaşma xüsusiyyətləri və idarəetmə problemləri təşkil edir. Buraya innovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmlərindən effektiv istifadənin təmin olunması texnologiyaları aiddir. İnnovativ fəaliyyətin əsas xüsusiyyətləri və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, innovasiya fəaliyyətinin təşkili mexanizmlərinin texniki-texnoloji xüsusiyyətlərinin araşdırılmasına cəhdlər edilib. İnnovasiya fəaliyyətinin təşkilinin effektiv mexanizmlərinin işlənilməsində “Sənaye 4.0” platformasının əsas texnologiyalarının rəqəmsal iqtisadiyyatın inkişafında tətbiqləri nəzərə alınıb.

Monoqrafiyada qarşıya qoyulmuş məsələləri həll etmək üçün sistemli analiz, çoxmeyarlı optimallaşma üsulları, kompüter modelləşməsi, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və s. istifadə edilib. Tədqiqatın metodologiyası sistemli yanaşmaya, riyazi statistika nəzəriyyəsinə, ekspert qiymətləndirmələrinə, informasiyalaşma və alqoritmləşdirmə nəzəriyyəsinə, qərar qəbuletmə proseslərinə, eləcə də müasir İKT sistemlərinə və vasitələrinə əsaslanır. Qeyd olunan məqsədlərə çatmaq üçün yerinə yetirilmiş elmi-nəzəri və praktiki məsələlərin həlli prosesində bir çox əsas elmi-metodoloji və metodiki nəticələr alınıb.

Kitabda elmi-tədqiqat üzrə hesablamaların, həmçinin modellərin eksperimental realizasiyası nəticələrinin sistemli analizi əsasında müəssisələrdə və texnoparklarda innovativ fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üzrə bir çox tövsiyələr verilib. İnnovativ strukturlara yönələn tələblərin, eləcə də onların fəaliyyətinin tənzimlənməsi məqsədilə formalaşdırılan mexanizmlərin sistemləşdirilməsi və elmi-nəzəri cəhətdən inteqrativ formada təkmilləşdirilməsi həyata keçirilib. Bu isə gələcək innovasiya strukturlarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, müasir innovativ elmi-texnoloji müəssisələrin fəaliyyət modelinin “Sənaye 4.0” platforması trendləri əsasında formalaşmasına, idarə olunmasına, inkişafına və innovativ fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.

Monoqrafiyanın rəyçiləri AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri professor Qorxmaz İmanov, AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri professor Məsumə Məmmədova, İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, UNEC-in və AzTU-nun professoru Arzu Hüseynova, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, İnnovasiya Yaradıcılıq Mərkəzinin direktoru, professor Cavanşir Məmmədovdur.

Bu nəşr innovasiya prosesləri, müəssisələrdə və təşkilatlarda innovasiya fəaliyyətinin təşkili problemlərinin və həlli mexanizmlərinin tədqiqinə həsr olunub. Mövzusu həm iqtisadi, həm də texniki-texnoloji aspektdə aktualdır. Onun elmi-tədqiqat işi kimi yerinə yetirilməsi İnformasiya Texnologiyaları İnstitutunun tematik planına daxildir.

Monoqrafiya “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri”, “Kompüter elmləri”, “İnformasiya sistemləri və şəbəkələri”, “Texnoloji innovasiya iqtisadiyyatı, “Müəssisələrin təşkili və idarə olunması”, “Ekonometriya, iqtisadi statistika”, “Ümumi iqtisadiyyat”, “Sahə iqtisadiyyatı”, “Sənayenin təşkili və dövlət siyasəti” ixtisasları, başqa sözlə texnika və iqtisad elmlərinin müvafiq altsahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulub. Yeni vəsaitdən universitetlərin professor-müəllimləri, magistrləri, bakalavrları və digər müvafiq təşkilatların yüksəkixtisaslı mütəxəssisləri də faydalana bilərlər.

Tədqiqat işinin metodoloji, elmi-nəzəri praktiki nəticələri və təklif olunmuş tövsiyələrin həm elmi-tədqiqat dairələrində, həm təhsil-təlim proseslərində, həm də müxtəlif idarəetmə səviyyələrində nəzərə alınması ölkənin texnoloji iqtisadi inkişafında daha mühüm nəticələrin əldə olunmasına yeni potensial imkanlar və elmi-texniki impulslar yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər