İQTİSADİYYAT
İqtisadiyyat naziri BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini ilə görüşüb

Bakı, 20 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyaların” tətbiqi məsələləri müzakirə olunub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini İvan Sao ilə görüşüb.
Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyaların” tətbiqi barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.
Həmçinin görüşdə ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə BYD şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.