Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib

Bakı, 4 sentyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) səfər çərçivəsində bir sıra görüşlər keçirib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Cabbarovun Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə görüşündə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Çinlə fəal əməkdaşlıq etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu və iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələrinin durmadan inkişaf etdiyi diqqətə çatdırılıb. Tərəflərin məqsədi iqtisadi və ticarət əlaqələrini siyasi əlaqələrimizlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanın Çinin “Bir Kəmər və Yol” Təşəbbüsünə qoşulmasında fəal mövqeyi dəniz ticarət limanlarının, magistral yolların və hava limanlarının tikintisi də daxil olmaqla infrastrukturun inkişafına əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olub. Orta Dəhlizin potensialından istifadə edən Azərbaycan, Çin və Avropa arasında malların daşınmasını gücləndirir. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün nəqliyyat marşrutlarının optimallaşdırılmasına ehtiyac var. Ölkələrimizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) tərəfdaşlığı da qarşılıqlı fayda gətirir.

Buna baxmayaraq, iki ölkə arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrlə yanaşı, SOCAR-la Çinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin birgə fəaliyyəti üçün böyük potensial və perspektivlər mövcuddur. Həmçinin çinli investorlar beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər.

Görüşdə, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi aparıb, Azərbaycan və Çin arasında ticarət-investisiya əlaqələrinin inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər müzakirə olunub.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Saziş”inin imzalanması da öz növbəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da müsbət töhfə verəcək.

Nazir müavini Linq Ci bildirib ki, Çin şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluq doğurur və Çin şirkətləri Azərbaycanın biznes və investisiya mühitini dəyərləndirərək tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdırlar.

Nazir müavini qeyd edib ki, 2022-ci ilin əvvəlindən etibarən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət landşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhəmiyyətli olacaqdır.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıblar.

ÇXR-in sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə Çinin aparıcı şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi qeyd edilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

Azərbaycan və Çin arasında sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, gəmiqayırma, bərpa olunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma, şəhər infrastrukturunun qurulması kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, sənaye sahələrinin modernləşdirilməsinin əhəmiyyəti və Çinin bu sahədə qabaqcıl təcrübəsi nəzərə alınaraq bu sahələrdə də birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanları genişdir.

Görüşdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və digər potensial layihələr barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Çinə səfər çərçivəsində “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə də görüşüb. Görüşdə Çinin işgüzar dairələri ilə əlaqələrin genişləndiyi vurğulanıb, Azərbaycanın biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, enerji səmərəliliyi sahəsində ən mütərəqqi alətlərin tətbiqi, alternativ enerji sahəsinin inkişaf etdirilməsi iqtisadi artımın davamlılığının təmin edilməsində vacib məsələlərdəndir. Azərbaycanda bu istiqamət üzrə ixtisaslaşan müəssisələrin fəaliyyətini təmin etmək məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.

Tərəflər alternativ enerji sahəsində yeni texnologiyaların tətbiqi, müvafiq avadanlıqlarla təchizat, sıfır emissiyalı sənaye parkının yaradılması məqsədilə əməkdaşlıq qurulmasını müzakirə ediblər.

Sentyabrın 4-də Pekin şəhərində CIFTIS sərgisi çərçivəsində təşkil olunan “Summit Forum on China’s International Economic Cooperation - Going Global” tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin iqtisadi uğurları barədə məlumat verib. Bildirilib ki, qlobal iqtisadi böhran nəticəsində tədarük zəncirlərindəki çətinliklərə və digər uğursuzluqlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2022-ci ildə Azərbaycanda real ÜDM-də 4,6 faiz, qeyri-neft ÜDM-də isə təsirli 9,1 faiz artım müşahidə olunub. 1995-ci ildən 2022-ci ilə qədər ölkəmizə 320 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investisiyalardır.

Qeyd edilib ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşıb.

Nazir müavini bildirib ki, Orta Dəhliz yalnız ölkələrimiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliyyat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Qeyd edilib ki, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO