RƏSMİ SƏNƏDLƏR
İRAN İSLAM RESPUBLİKASININ ALİ DİNİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ
Möhtərəm qardaşım,
Xorrəmabad şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
12 fevral 2002-ci il