Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Bismillahir-rəhmanir-rəhim.

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Xoşbəxtlikdən qarşılıqlı mənafeyə əsaslanan, iki ölkənin dərin tarixi, dini və mədəni ortaqlıqlarından və qohumluq bağlarından qaynaqlanan dostluq münasibətlərimiz daha da dərinləşməkdə və inkişaf etməkdədir.

"Xudafərin" hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində İran İslam Respublikasının mərhum Prezidenti cənab Seyid İbrahim Rəisi ilə olan görüşünüzün, müzakirələrinizin və razılaşmalarınızın əhəmiyyətini vurğulayaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi gələcəkdə də davam etdiriləcəkdir.

Sonda Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost, qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqına isə rifah və xoş günlər arzulayıram.

Hörmətlə,

 

Məhəmməd Moxber

İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin