DÜNYA
İran Prezidenti parlamentdə hesabat verməyəcəkdir
Tehran, 22 noyabr (AZƏRTAC). İran Prezidenti Mahmud Əhmədinejad İran İslam Şurası Məclisində deputatlar qarşısında ölkənin iqtisadi vəziyyətinin ağırlaşmasının səbəbləri və digər bir neçə məsələ barədə hesabat verməli idi. İslam Şurası Məclisi bu qərarı parlament üzlərinin üçdə ikisinin imzası əsasında qəbul etmişdir. Lakin gözlənilmədən İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamenei belə bir hesabata ehtiyac olmadığı barədə açıqlama vermişdir. Dini rəhbərin bu qərarından sonra deputatlar tələblərini geri götürdüklərini bəyan etmişlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]