DÜNYA
İranın Ali Rəhbəri Novruz bayramı münasibətilə 741 məhkumu əfv edib
Tehran, 2 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei humanizm və insanpərvərlik prinsiplərinə əsaslanaraq, bir qrup məhkumun əfv edilməsinə dair sərəncam imzalayıb.
AZƏRTAC Ali Rəhbərin Administrasiyasına istinadla xəbər verir ki, İranın Cəzaçəkmə Müəssisələrinə Nəzarət İdarəsi 741 məhkumun əfv olunması üçün Ali Rəhbərə təklif verib. Ali Rəhbər isə İran Konstitusiyasının 110-cu maddəsini rəhbər tutaraq məhkumları əfv edib.
Əfv olunan məhkumların bir qismi azadlığa buraxılıb, digərlərinin isə cəzaları yüngülləşdirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]