DÜNYA
İraq avqustda OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Avqust ayında İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft ixracatçısı olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad deyib.
O bildirib ki, ötən ay İraqın xam neft ixracı əvvəlki ayla müqayisədə 2 milyon barrel artıb. Avqust ayında ölkənin mərkəzi və cənubundakı neft yataqlarından ixrac edilən xam neftin həcmi 111 milyon 61 min 618 barrelə çatıb. Bununla da İraq Səudiyyə Ərəbistanından sonra OPEC üzrə ikinci ən böyük neft ixracatçısı olub.
İyul ayında İraqın xam neft ixracı 109 milyon 850 min barrel olub.
“İraq neft ixracından 7 milyard 729 milyon 57 min dollar gəlir əldə edib. Bu göstəriciyə Kərkük neftindən əldə olunan gəlir daxil edilməyib”, - deyə o əlavə edib.
OPEC-in son hesabatına görə, İraqın neft istehsalı avqustda əvvəlki ayla müqayisədə 90 min barrel çoxalaraq sutkada 4 milyon 649 min barrel təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]