SİYASƏT
İSMAYILLIDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN QADINLARININ YÜKSƏLİŞİ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
İsmayıllı, 14 iyun (AZƏRTAC). Azərbaycan həyatının bütün istiqamətlərində olduğu kimi, qadınların həyatında, iştimai-siyasi, elmi-mədəni yüksəlişində də ümummilli liderimiz Heydər Əliyev misilsis rol oynamışdır. Ölkəmizdə qadın siyasətinin strateji istiqamətləri məhz ulu öndər tərəfindən müəyyənləşdirilmişdir və dönmədən həyata keçirilir.
Bu fikirlər YAP İsmayıllı rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan qadınlarının yüksəlişi” adlı “dəyirmi masa”da səsləndirilmişdir.
YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Gözəl Osmanova, Sevil Əhmədova və başqaları ölkəmizdə, o cümlədən İsmayıllıda qadınlara göstərilən qayğıdan danışmışlar. Qeyid olunmuşdur ki, hazırda YAP rayon təşkilatı üzvlərinin 33,3 faizini qadınlar təşkil edir. Son bir ildə partiya sıralarına qəbul edilənlərin 50 faizi qadınlardır. Hazırda rayonda səhiyyə sahəsində çalışanların 60 faizinədək, təhsil işçilərinin isə 58,9 faizini qadınlar təşkil edir. Natiqlər ulu öndərimizin qurtuluş, xilaskarlıq missiyasını necə böyük qüvvə ilə həyata keçirdiyini vurğulamış, nıcat yolunun onun böyük, uzaqğörən siyasəti nəticəsində müəyyənləşdirildiyini bildirmişlər.
“Dəyirmi masa” iştirakçıları vurğulamışlar ki, bu gün Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi qadın siyasətini inam və qətiyyətlə həyata keçirir.