Gürcüstan parlamentinin sədri “Xarici təsirin şəffaflığı haqqında” Qanunu təsdiqləyib
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” Qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, bununla da Qanun qüvvəyə minib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən hazırlanan qanun layihəsi parlamentdə qəbul olunub. Lakin Prezident Salome Zurabişvili qanuna veto qoymuşdu.
Sənədə müvafiq olaraq mayın 28-də parlament qanunla bağlı yenidən səsvermə keçirib və iyunun 3-də parlamentin sədri tərəfindən təsdiq olunub.
Qanun qüvvəyə mindiyi gündən gəlirlərinin 20 faizdən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları, siyasi partiya və media orqanları sentyabr ayının 1-dən etibarən maliyyə hesabatı təqdim etməlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]