Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail telekanalında Azərbaycan tolerantlığından bəhs edən reportaj yayımlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

İsrailin aparıcı KİV-lərinin - "The Jerusalem Post" və "Maariv" qəzetlərinin jurnalist qrupu, habelə “KAN” ictimai televiziya kanalının əməkdaşı Uriya Elkayam Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında olublar və Bakıda, Quba və Oğuz rayonlarında yəhudi icmalarına baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, bu günlərdə “KAN” televiziya kanalının “praym-taym” bayram xəbərlərində göstərilən “Biz çox bənzərik: Azərbaycanda yəhudilər və müsəlmanlar arasında qeyri-adi və orijinal dostluq” adlı reportajda jurnalist Uriya Elkayam multikulturalizm və Azərbaycan cəmiyyətinin tolerantlığı mövzularından ətraflı bəhs edib. Jurnalist Azərbaycanda yəhudi icmasının vəziyyətindən, həm Azərbaycan xalqının, həm də respublika rəhbərliyinin ölkədəki milli azlıqlara səmimi və qayğıkeş münasibətindən söz açıb.

“Biz bu gün təxminən 5 mindən çox dağ yəhudisinin yığcam yaşadığı məşhur Krasnaya Slobodaya (Qırmızı Qəsəbə - red.) gəldik. Gəlişimiz bu qəsəbənin hörmətli sakininin yas mərasiminin keçirildiyi kədərli günə təsadüf etmişdi və insanlar yəhudi qəbiristanlığında idilər. Mərhumun xatirəsini yad etmək üçün tərəddüdsüz oraya yollandıq və burada dünyanın hər hansı digər ölkəsində rast gəlinməyən çox maraqlı faktla qarşılaşdıq. Yəhudi qəbiristanlığına mərhumla vidalaşmaq və öz yəhudi qardaşının xatirəsini yad etmək üçün yəhudilərlə yanaşı, azərbaycanlılar da gəlmişdi”, - deyə reportajda vurğulanır.

Qəsəbənin ağsaqqalı Boris Samanduyev deyir: “Biz azərbaycanlı qardaşlarımıza böyük hörmət və ehtiramla yanaşırıq. Bu gün siz də şahid oldunuz ki, biz burada azərbaycanlılarla sevincli və kədərli günlərdə birlikdəyik”.

İsrailli jurnalist Uriya Elkayam qeyd edir ki, Qırmızı Qəsəbə 300 ildən çox tarixə malikdir: “Krasnaya Sloboda Azərbaycanda və onun hüdudlarından kənarda dağ yəhudilərinin maddi və mənəvi dəyərlərinin qorunması və inkişafı mərkəzi kimi tanınıb. Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi sülh şəraitində yaşayırlar və ortaq tarix və tale ilə bir-birlərinə həmişəlik bağlıdırlar. Azərbaycanın Quba rayonundakı qədim Krasnaya Sloboda ölkənin həqiqi və əsl qürurudur. Azərbaycanda yəhudilər və müsəlmanlar arasında harmoniya bizim İsraildə görməyə alışdığımız kimi deyil”.

U.Elkayam Quba şəhərindəki məscidin imamı axund Hacı Naiblə görüşüb. Axund bildirib ki, Azərbaycan Respublikasında yəhudilər, müsəlmanlar və xristianlar tam harmoniya şəraitində yaşayırlar: “Hörmət, səmimilik və tolerantlıq xalqımızın həyat tərzidir və Azərbaycan rəhbərliyinin siyasətidir. Bu gün Azərbaycan bütün dünya ictimaiyyəti üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlılara tarixən xas olan multikulturalizm və tolerantlıq günümüzdə milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut deyib: “Yəhudilər qədim zamanlardan Azərbaycanda məskunlaşıblar. Bu torpaqlarda onlar heç vaxt azərbaycanlılar tərəfindən antisemitizm və nifrətlə qarşılaşmayıblar. Onlar heç vaxt Azərbaycanda özlərini yad, yaxud əcnəbi kimi hiss etməyiblər. Qürur hissi ilə söyləmək olar ki, Avropanın bir çox ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılarla yəhudilər arasında heç zaman bir-birinə xəyanət halları olmayıb. Dost dar gündə tanınar - İkinci Dünya müharibəsi illərində yəhudilər üçün ikinci vətən, faşizmdən qurtulmaqda sığınacaq olmuş Azərbaycanda onlar məhz bu cür münasibət görüblər. Dəhşətli Holokost illərində azərbaycanlılar təqibə məruz qalan və dünyanın hər yerindən qovulan yəhudilərə qucaq açdılar. Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq əlaqələri bu gün də davam edir. Azərbaycan, bir çoxlarının dediyi kimi, gözəl ölkədir - Qafqazın İtaliyasıdır. Bu ölkəyə gələn hər kəs bunun şahidi olur”.

Süjetdə israilli müxbir 200-dən çox yəhudi uşağı xilas edən azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla görüşündən bəhs edir, onun çoxlu maraqlı faktlar danışdığını bildirir. “Sovet hərbi kəşfiyyatçısı Həmzə Sadıqov xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən Hitlerin yaxın silahdaşı general İohann fon Roddenburqu Stalinqrad yaxınlığında əsir götürür. İnsan cildində vəhşi heyvan olan və yəhudi uşaqların üzərində təcrübələr aparan bu generalı Hitlerin “bioloji bombası”nın atası adlandırırdılar. Həmin Roddenburq öz qərargahının yaxınlığında onlarla əsir yəhudi ailəsinin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Məhz Firdovsinin atası - azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqov yəhudi uşaqların əsl xilaskarı oldu. Onun cəsarəti və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtardı. Həmzə Sadıqov bu igidliyi və qəhrəmanlığı ilə ona minnətdar olan yəhudi nəsillərinin qəlbində rəşadət və ölümsüzlük abidəsi ucaldıb. Yəhudi uşaqlarını xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçının oğlu ilə görüşdə məlum oldu ki, bu müharibə qəhrəmanının həyatı indiyədək geniş araşdırılmayıb və unudulub. Səbəb isə Azərbaycan xalqının xarakterində olan keyfiyyətlə - etdiyi yaxşılıqlar haqqında danışmaq istəməməsi ilə bağlıdır. Hətta xalq arasında deyim də var: “Əgər etdiyin yaxşılıqdan danışırsansa, onda sən heç nə etməmisən”.

Televiziya süjetinin müəllifi qeyd edir ki, Firdovsi Sadıqov 20 ildən artıqdır atasının rəşadəti və igidliyinin tanınması üçün lazım olan materialları toplayır. Firdovsi 200-dən çox yəhudi uşağın xilaskarı olmuş atasının xatirəsinə həsr etdiyi stendi göstərdi. “O, sovet kəşfiyyatının polkovniki olub və Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. Vəfatından əvvəl atam mənə dedi ki, vaxt gələcək yəhudi xalqının nümayəndələri səni axtarıb tapacaq. Hiss edirəm ki, həmin vaxt gəlib. Biz çox inanırıq ki, atama yəhudi xalqı qarşısında xidmətlərinə və igidliyinə görə İsrailin fəlakətlər və qəhrəmanlıq milli Memorialı (Holokost) və “Yad Va-Şem” Qəhrəmanlığı İnstitutunun fəxri adı veriləcək”, - deyə Firdovsi Sadıqov qeyd edir.

Sonra israilli jurnalist Azərbaycanın turizm potensialından bəhs edir. “Azərbaycanı bütün gerçəkliyi ilə kəşf edənlər Dubay, Qətər və Səudiyyə Ərəbistanından olan çoxsaylı turistlərdir. Bakı üçüncü minillikdə qədim ənənələr və sərvətlərin cəmləndiyi ecazkar bir ölkə olan Azərbaycanın döyünən ürəyidir. Gündüzlər Azərbaycanın Qəbələ, Quba və Oğuz kimi gözəl bölgələrinə səyahət etmək olar, axşam isə uzaq keçmişdən tədricən qayıtmaq və Dubay göydələnlərini xatırladan “Alov qüllələri”nin işıqları altında müasir mərkəzə gəlmək, dəbdəbəli paytaxt Bakının məşhur Nizami küçəsinə (keçmiş “Torqovı”) çıxmaq lazımdır.

Gözlənilmədən Bakı bulvarında - məşhur “İnci” kafe-restoranında İsrail müğənnisi Ömər Adamın məşhur mahnısını eşidirik. Burada, Bakının gözəl axşam havasında vaxtilə Azərbaycanda yaşamış israillilər İsrail və Azərbaycan mahnılarının sədaları altında rəqs edirlər.

Turist qadınlardan biri - Noya Zərbəliyeva məmnuniyyətlə öz təəssüratlarını bölüşür: “Biz Azərbaycanı, bu gözəl ölkəni sevirik. Burada yəhudi xalqına həmişə hörmət və ehtiramla yanaşıblar. Azərbaycan mədəni inkişafına, öz görməli məkanlarına və tarixi abidələrinə münasibətinə görə bir çox ölkələrdən üstündür. Demək istəyirəm ki, bu ölkə birmənalı olaraq çox gözəldir. Burada tarixi abidələrə baxmaq, dağların əsrarəngiz gözəlliyini seyr etmək, dənizin təmiz suyunda çimmək və sadəcə, ölkənin gözəlliyindən zövq almaq olar. Azərbaycan paytaxtında qeyri-ixtiyari olaraq heyranlıq hissi keçirirsən. Dəbdəbəli memarlıq üslubları və qeyri-adi tikililər insanı ovsunlayır. Burada özümüzü evdəki kimi hiss edirik - qonaqpərvər və səmimi insanlar, yüksək səviyyəli xidmət, şah plovdan tutmuş qızılgül mürəbbəsinə qədər ləzzətli yeməklər, habelə samovar və kəklikotu çayı bizi valeh edir”, - deyə israilli turist vurğulayır.

Azərbaycanın dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev İsrailin “KAN” televiziya kanalına müsahibəsində qeyd edir ki, yəhudilər Azərbaycan ərazisində qədimdən yaşayırlar. O deyir: “Uzun illər ərzində biz Azərbaycan xalqı ilə o qədər yaxın və doğma olmuşuq ki, bizi heç zaman ayırmaq mümkün deyil. Biz körpəlikdən iki dildə danışırıq. Dağ yəhudiləri əsasən Azərbaycan dilində təhsil alırlar. “Cuuri” danışıq dilini evlərdə öyrədirlər. Azərbaycanda milli-mənəvi dəyərlərin, xüsusən dilin qorunub-saxlanılması üçün münasib və çox əla şərait yaradılıb. Son illər “kaşrut” (halal və haram qidaların qanun məcəlləsi) problemi bizim üçün çox aktual olub, belə ki, bu il 50 min israilli turistin gəlməsini gözləyirik. Harada yaşamağımızdan asılı olmayaraq, İsrail bizim üçün Vətən, Azərbaycan isə Ana Vətəndir”.

İsrail telekanalının reportajında deyilir: “Bizim Azərbaycanın yəhudi icması ilə keçirdiyimiz görüşlərin hamısında Azərbaycan rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə böyük hörmət və əsl ehtiramın şahidi olduq. Azərbaycanın dövlət başçısı milli azlıqlar, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada bənzəri olmayan qayğıkeş və səmimi münasibət göstərir. Ölkə Prezidentinin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda yəhudi muzeyinin yaradılması nəzərdə tutulur. İslam dünyasında İsrail Dövləti ilə Azərbaycan qədər dərin, sıx və hərtərəfli münasibətləri olan ikinci ölkə yoxdur. Azərbaycan dövlətinin yəhudi icması ilə qarşılıqlı münasibətləri möhtəşəm və əladır”.

Verilişə yekun vuran israilli jurnalist Uriya Elkayam Azərbaycanda gördükləri və eşitdiklərinin təəssüratı altında deyib: “Əziz israillilər, Azərbaycan böyük sevinclə sizi gözləyir, gəlin və bu möhtəşəm, çox gözəl ölkədən zövq alın!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir