İstanbulda “Berlin 1961” kitabının türk dilində təqdimatı olub
İstanbul, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də İstanbulda dünyanın qabaqcıl beyin mərkəzlərindən biri olan Atlantik Şuranın rəhbəri, tanınmış media nümayəndəsi Frederik Kempenin "Berlin 1961" kitabı türk oxucularına təqdim olunub.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən F.Kempe bildirib ki, bu kitabında Rusiya ilə qərb arasındakı münasibətlərin, eləcə də bu əlaqələrin gələcək perspektivlərinə baxış istiqamətləri əks etdirilib.
Atlantik Şuranın Türkiyə üzrə təmsilçisi Dəfnə Arslan, həmçinin Çalık Holdinqin İdarə Heyətinin sədri Əhməd Çalık çıxış edərək qeyd ediblər ki, bu nəşr dünya tarixinin ən yaddaqalan və vacib dövrlərindən birini əhatə edir. Çıxışçılar bu nəşrin Türkiyədə də böyük oxucu kütləsini əhatə edəcəyinə ümid bəslədiklərini bildiriblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul