“İSTSAYD HEKAYƏSİ”... VİKTOR LİTVİNOVUN QURULUŞUNDA
Görkəmli baletmeyster, Ukrayna Respublikasının xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı, professor Viktor Litvinov Azərbaycan Dövlət Opera və Balet Teatrının dəvəti ilə Bakıya gəlmişdir. Teatrın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, Viktor Litvinov Opera və Balet Teatrının səhnəsində məşhur rus bəstəkarı Dmitri Şostakoviçin tamaşaya qoyulacaq “İstsayd hekayəsi” adlı baletinin quruluşçu rejissoru olacaqdır. Qeyd olunmuşdur ki, tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Cavanşir Cəfərov, quruluşçu rəssamı isə xalq rəssamı Rafiz İsmayılovdur. Baletin musiqi materialı çox zəngindir. Quruluşçu baletmeyster tamaşada Şostakoviç yaradıcılığının ən zəngin nümunələrindən - bəstəkarın “Hamlet” tamaşası və filminə yazdığı musiqidə, “Qızıl əsr”, “Xanım və xuliqan” baletlərindən və simfoniyalarından istifadə edəcəkdir. Baletdə əsas rolları əməkdar artistlər Gülağası Mirzəyev, Rimma İsgəndərova, Yuri Lobaçov və Yelena Skomoroşenko oynayacaqlar. “İstsayd hekayəsi” baletinin premyerası oktyabr ayında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]