İSVEÇDƏ PLANETİN ƏN QOCAMAN AĞACI TAPILMIŞDIR
AZƏRTAC xəbər verir ki, İsveçin Dalarna əyalətində 9550 yaşlı küknar aşkar olunmuşdur. Nadir ağacı və yaşca ondan çox da kiçik olmayan bir sıra agacları Umeo Universitetinin alimləri öyrənmişlər. Dağlıq yerdə bitən bu ağac uzun illər idi ki, nisbətən cavan hesab olunurdu. Lakin yeni tədqiqat göstərmişdir ki, bu, heç də belə deyildir. Alimlər 375, 5660, 9000 və 9550 (bu rəqəmlər karbon izototplarının analizi əsasında müəyyən edilmişdir) yaşlı qədim ağacların qalıqlarının dörd nüsxəsini tapmışlar. Maraqlıdır ki, əslində məhv olmuş hər belə ağac üzərində bir cavan küknar bitirdi. Qədim qalıqlardan götürülmüş genlərin və DNT-lərin analizini apararkən tədqiqatçılar gözlənilməz uyğunluğa təəccüblənmişlər. Alimlər təsdiq edirlər ki, əslində küknar eynilə “altındakı” qalıqların malik olduğu genetik materiala malikdir. Bu isə o deməkdir ki, qədim ağac, sadəcə, pöhrə verib.
Qeyd edək ki, əvvəlki ən qocaman ağacların - Şimali Amerikadakı şam ağaclarının 4-5 min yaşı olduğu göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]