DÜNYA
İtaliyada mayın 1-dən etibarən COVID-19 pasportları ləğv edilir
Bakı, 18 mart, AZƏRTAC
İtaliya Hökuməti mayın 1-dən etibarən COVID-19 pasportlarından imtina etməyə qərar verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib.
"Biz kovid sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikat tələb olunmayacaq”, - nazir bildirib.
Xəstələrlə təmasda olanlar üçün karantin rejiminin ləğv edildiyini diqqətə çatdıran nazir qeyd edib ki, təcrid yalnız testi müsbət nəticə verənlər üçün məcburi olacaq.
Ölkədə martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddəti də uzadılmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]