İQTİSADİYYAT
İyulda 2,5 milyon manat məbləğində sığorta ödənişi aparılıb
Bakı, 4 avqust, AZƏRTAC
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən iyulda 2 min 29 sığorta tələbi üzrə 2,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33 faiz, sığorta ödənişlərinin məbləğində isə 6,9 faiz artım müşahidə edilib. İyulda nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1163 manat olub.
Ötən ay İSB tərəfindən 13 kompensasiya tələbi üzrə 35 min 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.