İQTİSADİYYAT
İyun ayında 195-2 Telefon Məlumat Mərkəzinə 500-dən çox müraciət daxil olub
Bakı, 15 iyul, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə indiyədək 36 minə yaxın müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır. Araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Bu ilin iyun ayında isə nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə 500-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər barədədir.
Qeyd edək ki, 195-2 nömrəsi ilə danışıq, Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Telefon Məlumat Mərkəzi canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:07]
® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
- 30.04.2024 [18:25]
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
- 30.04.2024 [17:35]
Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]