İZMİR ŞƏHƏRİNDƏ BEYNƏLXALQ TƏSVİRİ SƏNƏT GÜNLƏRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir şəhərində “Ege Art-2008” Beynəlxalq təsviri sənət günləri keçirilir. Aprelin 11-dən başlamış və 50 fırça ustasının qatıldığı təsviri sənət günlərində ölkəmizi xalq rəssamı Arif Hüseynov, əməkdar rəssam Rəfael Abbasov, Orxan Hüseynov və Vahid Talıbov təmsil edirlər.
İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Kültür Mərkəzinin Atlas Pavilyonunda keçirilən sərgidə rəngkarlıq və qrafika janrlarında nümayiş etdirilən 700 əsərdən 60-ı həmyerlilərimizə məxsusdur.
Festivalda sənətsevərlərin böyük marağına səbəb olan rəsmlərdən ibarət kataloq çap olunmuşdur. Həmin kataloqda rəssamlarımızın da əsərləri yer almışdır.
Təsviri sənət günləri aprelin 20-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [23:24]
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
- 05.06.2026 [22:40]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]