SİYASƏT
KALİFORNİYANIN RƏSMİ ŞƏXSLƏRİ AZƏRBAYCANIN BAŞ KONSULLUĞUNA DAHİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ MƏKTUB GÖNDƏRMİŞLƏR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycanın baş konsulluğuna ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Kaliforniyanın Los-Anceles dairəsinin rəsmi şəxslərinin təbrik məktubu təqdim olunmuşdur.
Azərbaycanın diplomatik nümayəndəliyindən bildirmişlər ki, protokol xidmətinin nümayəndəsinin baş konsul Elin Süleymanova təqdim etdiyi xatirə fərmanında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın yaradılmasında xidmətləri yüksək qiymətləndirilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna Kaliforniyanın Oranc dairəsindən də məktub daxil olmuşdur.
######