Kapital bazarları üzrə master-klass təlimləri təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Məsləhət Proqramı çərçivəsində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvləri, özəl sektorun nümayəndələri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün master-klass təlimləri təşkil olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlim kapital bazarına dair ictimaiyyətin məlumatlandırılması, sahiblik düşüncə tərzinin dəyişdirilməsi, maliyyə savadlılığının artırılması və ali təhsil müəssisələrində kapital bazarlarına dair praktiki biliklərin təşviq olunması məqsədilə keçirilib.
Təlimdə Türkiyənin Anadolu Universitetinin professoru Özləm Sayılır kapital bazarları üzrə dünya təcrübəsi və inkişaf etmiş ölkələrdə İPO vasitəsilə uğur qazanmış şirkətlərin təcrübəsi, investorlarla peşəkar əlaqələrin qurulması və bu istiqamətdə səmərəli maliyyələşmə yollarının formalaşdırılması barədə təqdimat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]