SİYASƏT
Kazinform İnformasiya Agentliyi Azərbaycanda seçki prosesinin yaxşı təşkil olunduğunu yazır
Astana, 11 oktyabr (AZƏRTAC). Qazaxıstanın Kazinform İnformasiya Agentliyi Azərbaycanda keçirilən prezident seçkilərində iştirak edən Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər Missiyasının rəhbəri Sergey Lebedevin Bakıda keçirdiyi yekun mətbuat konfransı barədə material yaymışdır.
Agentlik S.Lebedevin mətbuat konfransına istinadla bildirmişdir ki, onun rəhbərlik etdiyi müşahidəçilər qrupu prezident seçkiləri başa çatdıqdan sonra birgə bəyanat hazırlamışdır. Müşahidəçilər 1973 seçki məntəqəsinə baş çəkmiş, bütün məntəqələrdə seçki prosesinin yaxşı təşkil edildiyinin şahidi olmuşlar. 1000 məntəqədə qoyulmuş veb-kameralar seçkilərin azad və şəffaf keçməsini təmin etmişdir.
S.Lebedevin sözlərinə görə, missiyanın tərkibinə MDB-nin 9 ölkəsindən 276 müşahidəçi daxil olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana