İQTİSADİYYAT
Kiçik və Orta Sahibkarlığın kapital bazarlarında iştirakına dair görüş keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Asiya İnkişaf Bankı ilə Kiçik və Orta Sahibkarlığın kapital bazarlarında iştirakına dair görüş keçirilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, məqsəd Asiya İnkişaf Bankının Asiyada Kiçik və Orta Sahibkarlığın Monitorinqi (AKM) nəşri ilə bağlı Bakı Fond Birjası ilə fikir mübadiləsi etmək olub. Görüşdə ötən il və bu il ərzində Bakı Fond Birjası, Azərbaycan Mərkəzi Bankı, Birjanın üzvü olan investisiya şirkətləri və KOBİA-nın tərəfdaşlığı nəticəsində həyata keçirilən İnvestisiya Səyahəti tədbirlərinin Kiçik və Orta Sahibkarlığın Kapital Bazarları barəsində məlumatlanmasında əhəmiyyəti barədə danışılıb. Bununla yanaşı, görüş zamanı Listinq Məsləhət Proqramının üstünlükləri vurğulanıb və bu proqrama qoşularaq Kiçik və Orta Sahibkarlıq nümayəndələrinin qiymətli kağız buraxılışında dəstək imkanının mövcudluğu bildirilib.