Kitabxanada İsa Muğannanın anadan olmasının 95 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Bakı, 12 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İsa Muğannanın anadan olmasının 95 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Burada ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış görkəmli nasir, ssenarist, kinoredaktor İsa Muğanna Azərbaycan xalqının yüz illərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı kimi təqdim edilib.
Virtual sərgidə ədibin ssenariləri əsasında çəkilmiş filmləri, xarici dillərə tərcümə olunmuş əsərləri, filmoqrafiyası, mükafatları haqqında geniş məlumat verilib. Burada yazıçının “İdeal”, “Məhşər”, “Cəhənnəm”, “İlan dərəsi” kimi kitablarının və haqqında yazılan “İsa Muğanna yaradıcılığı”, “Müstəqillik dövrü Azərbaycan romanı” kimi kitabların, eləcə də “İsa Muğanna zirvəsi”, “Muğanna kimdir?”, “Azərbaycanın Dostoyevskisi - İsa Muğanna” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2025 [19:34]
Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib
- 15.06.2025 [15:16]
Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 15.06.2025 [12:09]
Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür
- 15.06.2025 [12:07]
Təbiət və gözəllik şairi
- 14.06.2025 [23:30]
Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb
- 14.06.2025 [17:32]
“İnnab ağacı” premyerasını Sankt-Peterburq səhnəsində etdi
- 14.06.2025 [16:03]
Fərqli inkişaf xüsusiyyəti olan balaca rəssamın sərgisi - “Qəlbin səsi”
Təbiət və gözəllik şairi
- [12:07]
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
- 14.06.2025 [23:41]
Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb
- 14.06.2025 [23:30]
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
- 14.06.2025 [22:05]