DÜNYA
Kiyevin meri Vitali Kliçko ikinci dəfə koronavirusa yoluxub
Kiyev, 17 yanvar, AZƏRTAC
Kiyev şəhər meri Vitali Kliçko ikinci dəfə koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, bu barədə Kliçko Telegram kanalında məlumat verib.
"Xəbər məni məyus etdi. Mən COVID-19 üçün müsbət test nəticəsi aldım, ikinci dəfədir ki, koronavirusa yoluxuram. Mən peyvənd olunduğum üçün xəstəliyin yüngül gedişinə ümid edirəm. Özümü təcrid etdim, müalicə olunuram və evdə işləyirəm", -deyə Kliçko əlavə edib.
Qeyd edək ki, son vaxtlar Ukraynada koronavirusa yoluxma halları yenidən artmaqdadır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [23:05]
Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür
- 03.07.2024 [22:52]
Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]