Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kompleks tədbirlər görməklə 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura bilərik

Kompleks tədbirlər görməklə 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura bilərik

Ruslan Quliyev: Bizim əsas məqsədlərimizdən biri sağlamlıq turizmi sahəsində klasterləşmə siyasətinin aparılmasıdır

Bakı, 2 fevral, AZƏRTAC

Uzun illər idi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan təmsilçiləri ermənilərin təxribatları ilə üzləşirdilər. Xüsusilə turizm sektorunun nümayəndələri nüfuzlu sərgilərdə, toplantılarda Qarabağın turizm potensialını ayrıca “müstəqil respublika”nın stendində nümayiş etdirməyə çalışan, bununla da vətənimizin bu dilbər guşəsinin guya ermənilərə məxsus olduğunu sübut etməyə cəhd göstərənlərlə vaxt və əsəb sərf edərək mübarizə aparırdılar.

Şükürlər olsun ki, bu illər artıq arxada qalıb. Dağlıq Qarabağ və ətraf 7 rayon müzəffər Ordumuzun apardığı 44 günlük müharibənin nəticəsi olaraq düşmən tapdağından azad edildi.

Hazırda qarşıda duran mühüm məsələlərdən biri də iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün olduqca geniş potensialı olan bu gözəl məkanın turizm baxımından cəlbediciliyini müəyyənləşdirmək, Qarabağı yeni bir turizm destinasiyası kimi bütün dünyaya tanıtmaqdır. Bu istiqamətdə artıq dövlət qurumları tərəfindən müəyyən işlərə başlanılıb. Bəs turizm fəaliyyəti ilə məşğul olan özəl qurumların təklifləri nədir? Onlar işğaldan azad edilmiş torpaqlarımızın turizm imkanlarını necə dəyərləndirirlər?

AZƏRTAC-ın suallarını Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev cavablandırıb.

- Qarabağ iqtisadiyyatında turizmin yeri buranın təbii ehtiyatları, coğrafi mövqeyi, tarixi zənginlikləri və potensial nəqliyyat imkanları ilə əlaqədardır. Buna görə də Qarabağın zəngin təbii ehtiyatlarının və xalqımıza məxsus milli-mədəni mirasının turizm dövriyyəsinə cəlb edilməsi qarşıdakı dövrdə görüləcək mühüm işlərdən biri olacaq. Qarabağ zonasının malik olduğu zənginliklərdən biri də burada sağlamlıq turizmi imkanlarının mövcudluğudur. Hələ sovet dövründə Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSRİ-də məşhur idi. Qarabağ həm xarici, həm də yerli turistlər tərəfindən çox sevilirdi. XX əsrin 30-cu illərindən Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Bunlarla yanaşı, Xankəndi, Ağdam, Kəlbəcər ərazilərindəki rekreasiya məkanları, ümumilikdə bölgənin turizm potensialı onu beynəlxalq səviyyədə tanıdıb, respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Xüsusən 1970-ci illərdən başlayaraq burada yaradılmış turizm istirahət müəssisələrinin xidmətlərindən hər il yüz minlərlə yerli və xarici turist istifadə edib.

O dövrdə bu imkanlardan daha səmərəli istifadə etmək üçün müəyyən layihələr işləyib hazırlamışdılar. Azərbaycana gələn ümumittifaq turizm marşrutları var idi, həftəsonu turlar təşkil edilirdi. 80-ci illərin xronikasına nəzər saldıqda biz görürük ki, orada Şuşanın bolneoloji kurortlarının təkmilləşdirilməsi, kanat yollarının çəkilməsi ilə bağlı fikirlər öz əksini tapıb.

90-cı illərdə Qarabağın ermənilər tərəfindən işğalından sonra bu zonada turizmin inkişafı da dayandı. Düşmən insanların evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma təbiətin bəxş etdiklərini özündən başqa kimsə yox edə bilməz. Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bildiyimə görə, Laçında 300-dən artıq müxtəlif su qaynaqları var, vaxtilə Zəngilanda Qotur su deyilən yerdə sanatoriya, Ağdamda Şəfa sanatoriyası olub.

- Sizcə, Qarabağda sağlamlıq turizminin inkişafı üçün hansı işlər görülməlidir?

- Fikrimcə, ilkin mərhələdə indiyə qədər mövcud olan təsisatların ən azından informativ xarakterli bir xəritə planının, məlumat bazasının yaradılması lazımdır. Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu fəaliyyət göstərir. Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada təyin edilən müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. Sovetlər dönəmində institut tərəfindən Naftalan, Duzdağ, Qalaaltı ilə bağlı çox geniş tədqiqatlar aparılmışdı. İstərdik həmin o arxivlər, araşdırmalar üzə çıxarılsın. Digər tərəfdən, azad edilmiş ərazilərimizdəki termal qaynaqlardan nümunələr götürülə bilər, bir çox müalicəvi sanatoriya-kurort müəssisələrinin yaranmasının əsası qoyula bilər. Düşünürəm ki, bu sanatoriyalar müəyyən vaxtdan sonra müalicəvi əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilər və buraya ildə minlərlə turist cəlb etmək mümkün olar.

Bundan sonrakı mərhələdə Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Beynəlxalq İşçi Qrupun yaradılmasına ehtiyac duyulur. Bu işçi qrup mütəxəssislər dəvət edərək biznes planlar, infrastruktur layihələrinin həyata keçirilməsi üçün inkişaf planı hazırlaya bilər. Daha sonra xarici investisiyaların cəlb olunması ilə də bağlı uzunmüddətli, təbii ki, burada təşviqi də işin içinə qatmaqla, strategiya həyata keçirmək mümkündür.

Bir fikri qeyd edim, indi Türkiyədə Hattusa Vacation Thermal Club deyilən bir sistem var, onlar da Avropada fəaliyyət göstərən Asiya Təşkilatının üzvüdür. Zamanın bölünməsi – timeshare sistemi (məzuniyyət sahibkarlığı) mövcuddur ki, dünyada turizm və müalicə turizmi hərəkatına məhz 2-ci Dünya müharibəsindən sonra bu sistemin çox böyük qatqısı olmuşdu. Bu nədən ibarətdir, bu sistemlə uzunmüddətli səyahət paketləri təklif olunur və burada insanların arzusundan, istəyindən və adam sayından asılı olaraq, ildə bir neçə həftə dincəlmək imkanları var. İnsanlar konkret ilin fəsillərinə uyğun olaraq seçim edə bilərlər, ailə tərkiblərində istədikləri şəxsləri götürə bilərlər. Burada birinci məsələ beynəlxalq akkreditasiya standartlarına cavab verməkdir. Təbii ki, Azərbaycanın da özünün beynəlxalq standartlara əsaslanan bir akkreditasiya proqramı təsdiqlənəcək. Bununla bağlı Dövlət Turizm Agentliyində də fikirlər səsləndi. Azərbaycanda da daxili turizmin inkişafı ilə bağlı bu təsisatları həmin sistem üzərindən bir şəbəkədə birləşdirmək olar. 250 min ailə hazırda Türkiyədə bu imkanlardan yararlanır. Əgər dünya sisteminə inteqrasiya olunsaq, deməli, bu xəritədə Azərbaycanın da yeri olacaq. Biz belə bir təcrübədən yararlanmışıq. Şabranda yerləşən "Qalaaltı" müalicəvi istirahət kompleksi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna daxil edilib. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası termal şəhərlər arasında bir əlaqə vasitəsi rolunu oynayır. Assosiasiyaya üzvlük üçün müraciət edən şəhərlər əsasən üç xüsusiyyətinə görə seçilir. Birincisi, bu şəhərin qədim və zəngin tarixi keçmişi olmalıdır, ikincisi, termal sularla zəngin olmalıdır, üçüncüsü isə müasir tələblərə cavab verən infrastrukturu - hotelləri, yolu, hava limanı və s. olmalıdır. Bununla bərabər, həmin şəhərlərin musiqi, mədəniyyət mərkəzi rolunu da oynaması bir üstünlük sayılır. Turizm baxımından qurumun işi Qərbi Avropanı Şərqi Avropa ilə yaxınlaşdırmaq, eyni zamanda termal turizmin inkişafında dünyada baş verənlərə töhfə verməkdir. Hazırda quruma 13 ölkə, 36 şəhər daxildir. Bu, eyni zamanda bir keyfiyyət əmtəə nişanı da sayılır. İnsanlar artıq bu təşkilatların üzvü olan təsisatlara rahatlıqla etibar edirlər.

İndi təsəvvür edin, qədim tarixi, zəngin mədəniyyəti olan Şuşanı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv etmək üçün qurumun standartlarına cavab verəcək bir vəziyyətə gətirə bilsək və bunu reallaşdırsaq, bu, ildə yüz minlərlə turistin Azərbaycana, Qarabağa cəlbi deməkdir.

- Sağlamlıq turizmi sahəsində klasterləşmə bizə hansı üstünlükləri qazandırardı?

- Bizim əsas məqsədlərimizdən biri də Azərbaycanda, o cümlədən Qarabağda sağlamlıq turizmi sahəsində klasterləşmə siyasətinin aparılması və beləliklə məhz bu sahədə çalışan və işbirliyi olan QHT və hüquqi şəxslərin rəqabət apararaq bir-birindən asılı olan sahələrarası qarşılıqlı bağlantısının həyata keçirilməsidir. Klasterləşmə bu gün Azərbaycan üçün labüddür, çünki bu halda kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Sağlamlıq turizm sahəsində klasterləşmənin aparılması müəyyən coğrafi sərhədlər daxilində bir-birini təkrarlayan deyil, bir-birini dəstəkləyən, tamamlayan təsisatların fəaliyyətini bir dəyər zənciri ilə bağlayacaq. Sağlamlıq turizmi məhsulunun əldə olunması üçün bütün mərhələlər bir məkanda reallaşır. Klasterləşmə də eyni zamanda həm alt sektorlar üzrə, həm də coğrafi ərazilər üzrə təşkil oluna bilər. Bunun üstünlükləri nədən ibarətdir? Bu, rəqabət qabiliyyətinin artırılmasını, əməkdaşlıq diapozonunun genişləndirilməsini, fərqlilik və yenilikçilik fəaliyyətlərini və eyni zamanda da sürətli inkişafı təmin edəcək, fərqli və eyni sahələrin bir-birinə dəstəyi nümayiş olunacaq.

Sağlamlıq turizmi klasterlərinin şərti olaraq növləri coğrafi, sektoral, horizontal və vertical klasterlərdir. Turizm klasteri üç əsas təməl ünsürdən formalaşıb. Bunlara sahibkarlıq subyektləri, bütün istehsal, xidmət, tədarük sahəsində olan firmalar daxil olur. Burada dəstəkləyici medianın, maliyyə qurumlarının, QHT-lərin, assosiasiyaların, təhsil, araşdırma və təlim təsisatlarının, peşə məktəblərinin də bir vəhdəti özünü büruzə verir. Klasterləşmənin önəmli əlamətləri birincisi, coğrafi təmərküzləşmədir, ikinci geniş iştirakçılığın təmin olunmasıdır. Məhz sağlamlıq turizmi sahəsində üçüncü əlamət ixtisaslaşmanın həyata keçirilməsidir. Burada mütləq şəkildə innovativlik faktoru özünü büruzə verir. Beşinci əlamət müxtəlif iştirakçılar arasında əlaqə və qarşılıqlı təsirin mövcud olması və sonuncu da təbii ki, kooperasiyanın mövcudluğu və bunun inkişaf etdirilməsidir.

Bundan başqa, dediyimiz kimi, Qalaaltı Avropanın Tarixi və Termal Şəhərlər Assosiasiyasının üzvüdür. Yəni bu xəritədə Azərbaycanın da yeri var. Naftalanla bağlı da müxtəlif beynəlxalq sertifikasiya proqramları həyata keçirilir və bu davam etdirilməlidir. Düşünürəm ki, əlaqədar sahəvi dövlət qurumlarının və ictimai birliklərin də burada dəstəyi olmalıdır. EuroSpa sertifikasiyasının və Hattusa Vacation Thermal Club akkreditasiya sisteminin həyata keçirilməsi, beynəlxalq təşkilatlara üzvlük, təbii ki, yeni turizm bazarlarının bu şəbəkə daxilində Azərbaycana turist axınının təmin olunmasına şərait yaradacaq. İlkin mərhələdə, yuxarıda dediyimiz kimi, indiyə qədər mövcud olan təsisatların xəritəsinin yaradılması, data məlumatların hazırlanması və yeni mineral su qaynaqlarının ekspertlərin iştirakı ilə yatırım imkanlarının dəyərləndirilməsi və yeni təsisatların yaradılması. Əlbəttə ki, sağlamlıq turizminin təşviqi fondlarının və müxtəlif təşviq proqramlarının da tətbiq olunması sağlamlıq turizmi məqsədilə ölkəyə gələcək turistlərin sayına müsbət təsirini göstərəcək.

- Sizcə, Qarabağda turizmin inkişafına nail olmaq üçün dövlət sahibkarlara ilkin olaraq hansı güzəştləri təklif etməlidir?

- İşğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafına nail olmaq üçün müxtəlif sahibkarlıq subyektlərinə dövlət tərəfindən indiyə qədər edilən dəstək daha da dərinləşdirilməlidir. Bu, sistemli olmalıdır. Hesab edirəm ki, ilkin olaraq Prezident yanında turizmin inkişafına dəstək fondu yaradılmalı, təşviqlər-subsidiyalar haqqında qanun qəbul edilməlidir.

Dünya təcrübəsində sağlamlıq turizmi məqsədilə gələn, minimum 12-14 gün gecələmə üçün ölkəyə təşrif buyuran xarici turizm agentliklərinə və o işlə məşğul olan operatorlara dövlət, tutaq ki, hər turist başına şərti vahidlə 70 AZN bir təşviq verir. Qarabağın sağlamlıq turizmi imkanlarını dünyada tanıdan subyektlərə də dövlət xərclədiyi pulun 65-70 faizə qədərini geri qaytarsın. Məsələn, ölkəyə 1 milyon turist daxil olur, bu, 7 milyon gecələmə deməkdir, hər bir turist 1 həftədə 1000 AZN-ə yaxın pul xərcləyirsə, büdcədən 70 milyon vəsait çıxır, əvəzində ölkəyə 1 milyard vəsait daxil olur.

Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlər də həmçinin, müxtəlif güzəştlər verir. Qarabağ turizm zonasına 7-14 gecə gecələmə şərti ilə turist gətirən turizm şirkətlərinə Azərbaycan Hava Yolları tərəfindən 50 faiz endirim təmin olunmalıdır. Bu, təxminən 3 il müddətində nəzərdə tutulur. Və yaxud Qarabağda çalışan şirkətlərə 10-15 illik 1,5 faizlə kredit verilir. İqtisadiyyat Nazirliyinin postpandemiya dövrü ilə bağlı təklif paketləri var, postmüharibə dövrü ilə bağlı da belə paketlər olmalıdır. Xarici və daxili amilləri nəzərə almaqla, sırf Qarabağın inkişaf strategiyasında bu məsələlər nəzərə alınmalıdır, hüquqi-normativ sənədlər bazasında bəlli bir qanun və platformalar hazırlanmalıdır. Bu il “Turizm haqqında” qanunun da təsdiqlənməsi nəzərdə tutulur. Vahid turizm reyestri yaranan zaman da məhz Qarabağ məkanında xidmət göstərəcək təşkilatlara dediyimiz imkanlar yaradılmalıdır. Burada xarici investisiyaların cəlb olunması ilə bağlı məsələlər çox vacibdir. Bunlardan əlavə, kadr hazırlığına xüsusi diqqət yetirməliyik. Qurulan yeni təsisatlarda yerli kadrlarımıza üstünlük verməliyik. Qarabağ zonasında turizm peşə məktəblərinin, Şuşada Azərbaycan Turizm və Menecment Universitetinin filialının açılması məqbul olardı.

Bu gün artıq Prezidentin müşavirələrdə qeyd etdiyi kimi, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə olması da turizm sahəsində inkişafa bir yaşıl işıq yandırır. Bu islahatların aparılması birbaşa biznes mühitinə beynəlxalq nüfuzlu şirkətlərin investisiya yatırmasına şərait yaradır.

Düşünürəm ki, Qarabağda Silikon Vadisinin analoqunu yaratmaq olar. Azərbaycanın bu illər ərzində beynəlxalq platformalarda - istər Dünya Turizm Təşkilatında, sağlamlıq turizmi qurumlarında, ekoturizm cəmiyyətlərində təmsil olunmasından da geniş istifadə edə bilərik. Azərbaycanın bu savaşdakı qələbəsi bütün dünya reytinqində, istər siyasi, istər mədəni, istərsə də digər sahələrdə ölkəmizin nüfuzunu artırıb. Ölkəmizə sərmayə qoymaq istəyən təşkilatlar da quruculuq işlərində iştirak etmək istəyirlər. Bu iştirak turizmlə bağlı da ola bilər. Mənim təxmini hesablamalarıma görə, bu məsələlər paralel aparılarsa, biz 6-8 il ərzində Qarabağ turizminin 85 faizini qura bilərik. Prezidentin dediyi “Qarabağ Azərbaycandır” devizini biz artıq iqtisadi blokda, turizm istiqaməti də daxil olmaqla, tətbiq edə bilərik. Buraya hər kəs öz töhfəsini verməlidir.

Maraqlı müsahibədə görə çox sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada Azərbaycan və Rusiya hökumətləri başçılarının müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi