Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Könül Nurullayeva: Azərbaycan Prezidenti BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara postmünaqişə dövründəki məsuliyyətlərini xatırlatdı

Könül Nurullayeva: Azərbaycan Prezidenti BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara postmünaqişə dövründəki məsuliyyətlərini xatırlatdı

Bakı, 25 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlərdən də aydın oldu ki, rəsmi Bakı haqlı olaraq hesab edir ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Məsələ burasındadır ki, Azərbaycan 30 illik işğal dövründə dünyanın ən nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırdı. Təəssüf ki, bu qətnamələr icra olunmadı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, paralel olaraq, BMT TŞ-nin 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi işğalın davam etməsinə səbəb oldu. Paradoks isə budur ki, vasitəçi ölkələr bu müddət ərzində daimi üzvü olduqları təşkilatın qəbul etdiyi qərarların icrasına maraq göstərmədilər. Halbuki dövlət başçımızın da söylədiyi kimi, məhz həmsədr ölkələr bu qətnamələrin icrasına nail olmaq üçün lazımi mandata malikdirlər. Yəni, belə vəziyyətdə həmsədrlərdən yalnız təşəbbüskar və ədalətli olmaq tələb olunurdu.

“Bu mənada rəsmi Bakı haqlı olaraq müharibəyə görə məsuliyyəti yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşdüyünü bəyan edir. Prosesləri təhlil etdikdə aydın olur ki, işğalçıya qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Məsələ burasındadır ki, Azərbaycan bu illər ərzində işğala məruz qalan tərəf olsa da, məsələnin sülh yolu ilə həllinə çalışıb. Danışıqlar masasında özünü adekvat aparmayan, sülh danışıqlarını pozan isə Ermənistan olub. Beynəlxalq təşkilatların işğalçının bu pozucu fəaliyyətini susqunluqla izləməsi isə vəziyyətin daha gərgin fazaya keçməsinə səbəb oldu. Nəticə isə aydındır- Azərbaycan qətnamələri özü icra etdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik”, - deyə K.Nurullayeva vurğulayıb.

Deputat qeyd edib ki, postmünaqişə dövründə də BMT başda olmaqla nüfuzlu təşkilatlardan məsuliyyətli olmaq tələb olunur. Xüsusilə UNESCO-nun ədalətli mövqe sərgiləməsinə ehtiyac var. Çünki işğal dövründə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq, onu düzgün dəyərləndirmək vacibdir. Azərbaycan adıçəkilən təşkilatı bölgəyə dəvət etsə də, UNESKO bundan imtina edib. Müharibə bitəndən sonra isə, əksinə, bölgəyə gəlmək istədiyini bildirir. Bu, açıq şəkildə ikili standart nümunəsidir. Azərbaycan hökuməti buna da razıdır.

Çünki rəsmi Bakı gələcəyə baxmağın tərəfdarıdır. BMT rəsmisi ilə görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir. Bu ali təşkilat isə işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də laqeyd münasibətdən əl çəkməli, sülh prosesinə töhfə verməlidir. Yəni, Azərbaycan Prezidenti BMT başda olmaqla beynəlxalq təşkilatlara postmünaqişə dövründəki məsuliyyətlərini bir daha xatırlatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Azərbaycanı sevən Renato Formenti növbəti dəfə Ədəbiyyat Muzeyinin qonağı olub

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər

Əməliyyat zamanı həlak olan polis kapitanı torpağa tapşırılıb VİDEO

Yeni nəşr: “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü”

“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır - ŞƏRH

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Nazirlik: 835 nəfər xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edib

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

ABŞ-ın Ayova ştatından quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında əsassız varlanma mövzusu ətrafında müzakirələr aparılıb

Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Sabah bəzi Bakı ətrafı ərazilərdə yağış yağacağı ehtimalı var

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər

Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

“Nərd oyunu” kitabı yenidən nəşr edilib

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib

FHN: Ötən sutka ərzində 41 halda yanğına çıxış olub, 7 nəfəri xilas edilib

Nazir müavini: Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım müşahidə edilir

Dilçilik İnstitutunun alimləri Bişkekdə beynəlxalq konfransda məruzə ediblər

Kənd təsərrüfatı naziri Astara, Lənkəran və Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

Biləsuvarda gündə 1200-1300 hektar taxıl sahəsində biçin aparılır - məhsuldarlıq yüksəkdir REPORTAJ

Qazaxıstan Dağıstanda törədilən terror aktlarının araşdırılmasında Rusiyaya yardım təklif edib

Sədr: Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir

Azərbaycan Ordusunun yaradılmasının 106 illiyinə həsr edilmiş “Dövlətin dayağı, Xalqın qüruru” adlı tədbir keçirilib

Nazir müavini: Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib

Özbəkistan karbon qazı emissiyasının azaldılması üçün DB-dan maliyyə vəsaiti alan ilk ölkədir

Mütəxəssis: Yay aylarında dərinin su balansını qorumaq üçün daha çox maye qəbulu tövsiyə olunur