REGİONLAR
Kürdəmirdə “İntellektual klubların gənclər liqası”nın zona üzrə seçim turu başa çatıb
Kürdəmir, 14 iyun, AZƏRTAC
Kürdəmirdə “İntellektual klubların gənclər liqası”nın zona üzrə seçim turuna yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Kürdəmir, Şamaxı, İsmayıllı, Göyçay, Ucar, Ağsu, Qobustan rayonlarını təmsil edən, ümumilikdə, 12 komanda üzrə 81 gənc biliyini sınayıb. Gərgin və maraqlı keçən zona üzrə seçim turunda İsmayıllı rayonunu təmsil edən “Divergent” komandası 26 sualı düzgün cavablamaqla qalibi olub. İsmayıllını təmsil edən "Divergent" komandası l, “Unknown Team ” komandası II, Kürdəmiri təmsil edən “Müfəttişlər” komandası III yeri tutub.
Qaliblərə sertifikat, medal, kubok və hədiyyələr təqdim olunub.
Regionlar və Bakı üzrə qalib komandalar iyunun 18-19-da paytaxtda keçiriləcək final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı, "ARB" media qrupunun dəstəyi ilə həyata keçirilir.