Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı inkişafını diləyirəm.

Hörmətli cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah

Küveyt Dövlətinin Əmiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin