DÜNYA
KXDR lideri Kim Çen In dekabrda Seula səfər edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In dekabrda Koreya Respublikasının paytaxtı Seula səfər edəcək.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Ce-ini Pxenyana səfərdə müşayiət edən “CJ” korporasiyasının rəhbəri Son Kyunq deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, KXDR lideri Kim Çen In bu barədə Cənubi Koreya Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, 1950-1953-cü illər Koreya müharibəsindən sonra yaranmış Koreya Xalq Demokratik Respublikasının liderlərindən heç biri indiyədək Koreya Respublikasının paytaxtı Seula səfər etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [23:05]
Rumıniyada NATO-nun təlimi keçiriləcək
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]