LƏNKƏRAN, SABUNÇU VƏ BEYLƏQAN RAYONLARINDA BAŞ VERMİŞ YOL HADİSƏLƏRİNDƏ 4 NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 18-də Lənkəran şəhəri ərazisində şəhər sakini Vüqar Həsənov idarə etdiyi “KİA” markalı avtomaşınla piyadalar Məhəmməd Məhəmmədovu və onun arvadı Gülzadı vurmuşdur. M.Məhəmmədov və Gülzad hadisə yerində ölmüşlər.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Namiq Həmidovun “Nissan” markalı avtomaşınla vurduğu 50-55 yaşlı kişi hadisə yerində ölmüşdür.
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Məhiyyəddin Məmmədov sürdüyü “VAZ-21099” markalı avtomaşını aşırmış, “Jiquli”də olan sərnişin Ülvi Məmmədov hadisə yerində ölmüşdür.
Faktlarla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]