REGİONLAR
Lənkəranda qurbanlıq heyvanlar aşağı qiymətə satılır
Lənkəran, 31 avqust, Bağır Əliyev, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da heyvanların kəsimi və satışı məntəqələrində canlanma müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Lənkəranda qurbanlıq heyvanlar aşağı qiymətə satılır. Heyvanların satışı məntəqələrində həm yerli, həm də ətraf rayonlardan gətirilən qurbanlıq qoyunların diri çəkisinin bir kiloqramı alıcılara 6 manata təklif olunur. Bazarda qiymətlər davarların çəkisinə görə 100-200 manat arasında dəyişir. Qurban kəsməyə imkanı olmayanlar üçün bazarda mal ətinin bir kiloqramı 10 manat, qoyun ətinin bir kiloqramı isə 11 manata satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:41]
Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb
- 24.06.2024 [15:30]