Litvanın ölkəmizdəki səfiri Azərbaycan Milli Kitabxanasında olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Litvanın ölkəmizdəki səfiri Kestutis Vaşkeleviçus Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın direktoru professor Kərim Tahirov bu görüşün gələcək əməkdaşlığa töhfə verəcəyini söyləyib. “Kitabxana Estoniya, Latviya və Litva Milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq edir. Həmçinin Latviya və Litva Milli kitabxanalarının Azərbaycan Milli Kitabxanasında hər il yenilənən ədəbiyyat guşələri fəaliyyət göstərir və kitab mübadiləsi uğurla davam etdirilir”, - deyə K.Tahirov əlavə edib.
Səfir Kestutis Vaşkeleviç əməkdaşlığın hazırkı vəziyyəti, gələcəkdə onun təkmilləşdirilməsi imkanlarından söhbət açıb.
Sonda qarşılıqlı kitab hədiyyə olunub.