RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib
Moskva, 7 avqust, AZƏRTAC
Avqustun 7-si gecəsi RF hava hücumundan müdafiə sistemləri ölkənin bölgələri və Qara dəniz üzərində Ukraynanın 203 dronunu məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Wildberries” şirkətinin mətbuat xidməti Yekaterinburqdakı logistika mərkəzinə dron hücumunun yanğına səbəb olduğunu bildirib. Yanğınsöndürənlər hadisə yerindədirlər.
Qeyd olunub ki, hadisədən əvvəl obyektdəki işçilər təxliyə edilib, malların çatdırılması və qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və onlar digər logistika obyektlərinə yönləndirilib.
Rusiya Federasiyası Prezidentinin Ural federal dairəsindəki səlahiyyətli nümayəndəsi Artyom Joqa anbardan təxminən 800 nəfərin təxliyə edildiyini bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]