İQTİSADİYYAT
Lökbatan və Ümid qəsəbələrində yeni körpələr evi-uşaq bağçalarının inşası aparılır
Bakı, 1 avqust, AZƏRTAC
Dövlət Proqramına əsasən Qaradağ rayonunun Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası, o cümlədən Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı Peşə Məktəbi üçün yeni binaların inşası artıq başa çatıb və istifadəyə tam hazırdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında və Sahil qəsəbəsindəki 9 nömrəli Xüsusi internat məktəbində əsaslı təmir işləri aparılır.
Həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Lökbatan, Ümid qəsəbələrində yeni körpələr evi-uşaq bağçalarının inşası da davam edir. Ələt qəsəbəsində isə yeni körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]