LOS-ANCELESDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu şəhərin tanınmış “Regency Club”unda Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümünə həsr olunmuş təntənəli ziyafət və böyük musiqi proqramı təşkil etmişdir. Qonaqları salamlayan baş konsul Elin Süleymanov Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən danışmış, Xalq Cümhuriyyətinin Azərbaycan xalqına azadlıq, müstəqillik, dövlətçilik, tolerantlıq və milli şüur bəxş etdiyini bildirmişdir.
Mərasimdə Kaliforniya, Vaşinqton, Nevada, Yuta, Vayoming ştatları qubernatorlarının, Beverli Hills, Los-Anceles, Burbank, Ankorec, Long Biç, Örvayn şəhərləri merlərinin və Los-Anceles dairəsi başçılarının Azərbaycana ünvanladıqları təbrik proklamasiyaları oxunmuşdur. Çıxış edən Beverli Hills Şəhər Şurasının üzvü Cimmi Delşad Azərbaycana səfər etmək barədə danışmış və ölkəmizdəki tolerantlıq və qonaqpərvərlik ənənələrinə böyük ehtiramla yanaşdığını vurğulamışdır.
Los-Anceles şəhəri merinin protokol xidmətinin rəhbəri Elqa Şarp və Los-Anceles dairəsi başçılarının protokol xidmətinin rəhbəri Lurdes Saab isə öz çıxışlarında baş konsulluqla yanaşı, Azərbaycan icması ilə də hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər.
Mərasimdə baş konsulluq adından Azərbaycan icması qarşısında xüsusi xidmətləri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Adil Bağırova və Azərbaycanın Dövlət himnini artıq ikinci ildir ki, ifa edən yunan Demetra Mustafaoğluna rəmzi mükafatlar təqdim edilmişdir. Müğənni D.Mustafaoğlu iyunun 27-də Bakıda planlaşdırılan konsert proqramı haqqında məlumat vermişdir.
Sonda Azərbaycan rəqs qrupu çıxış etmiş və məşhur Foks qardaşlarının ifasında Latın Amerikası musiqisi dinlənilmişdir.
300 nəfərdən çox qonağın qatıldığı bu ziyafətdə Los-Anceles və San-Fransisko konsulluqlarının nümayəndələri, Los-Anceles, San-Xose və Orange dairələrində fəaliyyət göstərən Azərbaycan icmalarının və Los-Anceles, San-Fransisko şəhərlərinin yəhudi, gürcü, türk və İran icmalarının nümayəndələri iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]