Mayın 20-də Azərbaycan ərazisində hava şəraitihaqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-15° isti, gündüz 22-27° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 25-27° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 10-15° isti, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 16-21° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-15° isti, gündüz 21-26° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaqdır.
Xəbərdarlıq
Mayın 21-dən 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Temperatur ötən günlərlə müqayisədə 4-6° aşağı enəcəkdir. Şimal-qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə 25-30 metr/saniyəyədək güclənəcəkdir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Buna görə də Kürə tökülən çaylarda gözlənilən sululuğun artımı nəticəsində Kürün yuxarı və aşağı axınında səviyyənin artacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 22-də qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.