Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu”

Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzusunda plenar iclas keçirilmişdir.

İclasda dünyanın müxtəlif ölkələrində mədəni müxtəlifliyin qorunması probleminin elmi-nəzəri dərki, qloballaşma proseslərinin inkişafı şəraitində mədəniyyətlərarası və dinlərarası ziddiyyətlərin kəskinləşməsi, konfessiyalararası əlaqələrin axtarışı və tolerantlılığın təbliği məsələləri müzakirə edilmişdir.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Britaniyanın Koventri Universitetinin icraçı direktoru, professor Mayk HARDİ olmuşdur. O, müasir dünyada şirkətlərin irəliləməsində korporativ mədəniyyətin əhəmiyyətindən danışmışdır.

Sessiyada ABŞ-ın “Weyerhaeuser” şirkətinin nümayəndəsi Effenus HENDERSON və Britaniyanın “EF Education First” şirkətinin icraçı direktoru Karl-Yohan VESTRİNQ çıxış etmişlər.

Effenus Henderson keyfiyyətli təhsil, o cümlədən demokratiya, insan və vətəndaş hüquqları ilə bağlı təhsil imkanlarının təmin olunmasından, hər xalqın öz mədəniyyətinə dair bilikləri əldə etməsindən və başqa xalqların mədəniyyətini və ənənələrini mənimsəməsindən, habelə korporasiya və şirkətlərdə müxtəlif millətlərdən və dinlərdən olan insanların fəaliyyətindən danışmışdır.

Onun sözlərinə görə, qloballaşma şirkət rəhbərləri qarşısında yeni vəzifələr qoyur. Liderlər müasir çoxşaxəli dünyada müxtəlif millətlərdən və dinlərdən olan insanlarla əlaqələr qurmağı və onlara rəhbərlik etməyi bacarmalıdırlar. Şirkətin irəliləməsi ilə bağlı ideyaların həyata keçirilməsi onun bütün əməkdaşları ilə razılaşdırılmalıdır.

Bildirilmişdir ki, işgüzar mədəniyyətlər arasında əlaqələrin qanunauyğunluqlarının nəzəri baxımdan dərk edilməsinə İkinci Dünya müharibəsindən sonra başlanmışdır. Əsl həqiqətdə və praktikada isə mədəniyyətlərarası menecment problemləri, yəni işgüzar ünsiyyət proseslərinin idarə olunması iqtisadiyyatın özü qədər qədimdir. İşgüzar kommunikasiya həmişə, bütün zəmanələrdə və bütün xalqlarda dünyaya milli baxışa, milli mədəniyyətlərə və milli, o cümlədən iqtisadi mentalitetə söykənir.

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, bu, ilk növbədə, müharibədən sonrakı bərpa dövründə beynəlxalq iqtisadi əlaqələrin kəskin şəkildə genişlənməsi ilə bağlıdır. Ötən əsrin 60-70-ci illərində bir qrup ABŞ alimi zamanın yeni çağırışlarına cavab verərək praktiki, psixoloji və strateji tövsiyələr işləyib hazırlamağa başlamışdır. Həmin tövsiyələr transmilli şirkətlərin yaradılması və ABŞ-ın iqtisadi maraqlarının ön plana çəkilməsi zamanı itkiləri minimuma endirməli idi. “Korporativ mədəniyyət termini” XIX əsrdə yaranmışdır. Bu termin alman feldmarşalı Moldke tərəfindən yaradılmış və tətbiq edilmişdir. Moldke həmin termindən zabitlərin qarşılıqlı münasibətlərini səciyyələndirərkən istifadə etmişdir.

Effenus Hendersen bildirmişdir ki, adətən təşkilatlarda mövcud olan korporativ mədəniyyət kollektivin bütün üzvləri tərəfindən sübutsuz qəbul edilən və ümumi davranış çərçivələrini nəzərdə tutan mürəkkəb təkliflər kompleksidir.

Müasir rəhbərlər öz təşkilatlarının mədəniyyətinə onun bütün bölmələrini və ayrı-ayrı şəxsləri ümumi məqsədlərə istiqamətləndirməyə, əməkdaşların təşəbbüslərini səfərbərliyə almağa və onlar arasında səmərəli ünsiyyəti asanlaşdırmağa imkan verən güclü strateji vasitə kimi baxırlar. Onlar hər bir təşkilatın özünəməxsus mədəniyyətini yaratmağa çalışırlar ki, bütün qulluqçular onu başa düşüb dəstəkləsinlər. Müasir təşkilatlar bir qayda olaraq çoxmədəniyyətli qurumu təmsil edirlər.

“EF Education First” şirkətinin icraçı direktoru Karl-Yohan Vestrinq şirkətin fəaliyyətinə həsr olunmuş təqdimatdan sonra qurumun müxtəlif xalqların nümayəndələrindən olan əməkdaşlarının işindən danışmışdır.

Karl-Yohan Vestrinq demişdir ki, müasir dünyada qloballaşma prosesi zamanı baş verən siyasi-iqtisadi və mədəni inteqrasiya faktını bu gün heç kəs şübhə altına qoya bilməz. Ölkələr və xalqlar həyatın bütün sahələrində - istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə şəxsi ünsiyyətdən tutmuş beynəlxalq görüşlərədək bütün səviyyələrdə informasiya texnologiyalarının son nailiyyətlərindən (telekörpülər, kompyuter şəbəkələri, internet) yararlanaraq fəal əməkdaşlıq edir və qarşılıqlı fəaliyyət göstərirlər.

Bir çoxları bu müxtəlif və çoxsəviyyəli əlaqələri dəstəkləmək üçün ingilis dilini öyrənir, çünki beynəlxalq ünsiyyətdə məhz bu dildən geniş istifadə olunur. Onlar istənilən əcnəbi dili öyrənməyə başlayan kimi sırf dilçilik normaları və qaydaları (fonetika, qrammatika və sintaksis) ilə bərabər, başqa mədəniyyətin norma və qaydalarını da mənimsəməli olurlar. “Mədəniyyət” anlayışı bütövlükdə bütün dünyada, ayrıca götürülmüş ölkənin daxilində insanların davranışını başa düşmək üçün vacibdir. Mədəniyyət və ya insanların mədəni əhatəsi mahiyyət etibarilə mövcud fiziki və bioloji mühitə uyğunlaşmaq üsuludur. Hər bir xalq mövcud olması və inkişaf etməsi üçün zəruri olan adət-ənənələrini, hamı tərəfindən qəbul edilmiş normalarını nəsildən-nəslə ötürür.

Karl-Yoxan Vestrinq vurğulamışdır ki, biz əldə olunmuş mədəniyyətlərarası ünsiyyət təcrübəsi sayəsində dünyaya daha geniş baxır və başqa insanların mədəni müxtəlifliyinə dözümlü yanaşırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK CANLI

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb