Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Media Reyestrinin yaradılması ilə mətbuatın inkişafında yeni səhifə açılır

Media Reyestrinin yaradılması ilə mətbuatın inkişafında yeni səhifə açılır

Bakı, 29 sentyabr, AZƏRTAC

Dövlətimizin bütün dövrlərdə cəmiyyətin güzgüsünə çevrilən, hər bir ölkənin inkişaf səviyyəsini göstərən mətbuatın fəaliyyətinin stimullaşdırılması, media mühitinin sağlamlaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu gün artıq yeni dövrün yeni reallıqlarını yaşayırıq. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həlli vacib məsələlər qoydu. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bunun üçün ötən bir ildən artıq dövrdə sözügedən Fərmandan irəli gələn və mətbuatın inkişafına xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin sözügedən Fərmanı əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) bu müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq “Media haqqında” Qanunun hazırlanması ilə bağlı apardığı müzakirələr və son nəticədə bu Qanunun prosedur qaydalarına uyğun şəkildə Milli Məclisdə qəbul olunması, bu ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək qüvvəyə minməsi mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, qəzet kağızının ƏDV-dən azad edilməsi, media reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, demokratik cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, bütün dövrlər üçün aktual olan ictimai nəzarətin gücləndirilməsi məsələsində də mətbuatın üzərinə böyük məsuliyyət düşür. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu məqam xüsusi önə çəkildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir sahədə möhkəm təməl uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə mətbuatımızın qarşısında yaranan imkanlar zaman keçdikcə daha da genişlənir, dövrün tələblərinə uyğun olaraq qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi üçün medianın fəaliyyətini tənzimləyən qanunda əlavə və dəyişikliklərə, o cümlədən yeni qanunun qəbuluna zərurət yaranır. Məlum olduğu kimi, “Media haqqında” Azərbaycan Respublikasının yeni Qanunun qəbulu da bu zərurətdən yarandı. Belə ki, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Zaman keçdikcə ölkəmizin həyatında baş verən yeniliklər, eyni zamanda, hər bir sahənin inkişafına geniş imkanlar yaradan, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda da yeniləşməni bir tələb kimi qarşıya qoyurdu. Bu baxımdan mətbuatın inkişafında yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” Qanun özündə 78 maddəni ehtiva edir və burada əks olunan hər bir müddəa çağdaş mətbuatımız qarşısında yeni vəzifələr qoyur. Təbii ki, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün birgə səylərin göstərilməsi, qüvvə və bacarıqların səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir mətbu orqan “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri sözdə deyil, əməldə yerinə yetirsə, azad və demokratik ölkəmizdəki mühitin daha da təkmilləşdirilməsinə, sağlamlaşdırılmasına böyük töhfəsini verə bilər.

“Hər zaman bu reallığı təqdirəlayiq hal kimi qeyd edirik ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bütün bu reallıqları görməzdən gəlib Azərbaycanı qərəzli surətdə “qeyri-azad ölkə”lər sırasında göstərən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan sualların cavabı daim bu olur ki, internetin azad olduğu ölkədə mətbuata hər hansı qadağalardan söhbət gedə bilməz. Azərbaycanda azad sözə, fikrə böyük dəyər verilir. Hər kəs öz fikirlərində sərbəstdir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil”, - deyə baş redaktor bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntiləri də dövrün reallıqlarına uyğun dəyişir. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqların daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir. Bu istiqamətdə atılan hər bir addım, qəbul olunan hər bir qanun, imzalanan hər bir Fərman və Sərəncam informasiya mühitinin sağlamlaşmasına, informasiya resurslarımızın artmasına, jurnalistlərin statusunun yüksəldilməsinə, nüfuzunun güclənməsinə xidmət edir. Bu baxımdan Media Reyestrinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

“Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsini və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək”, - söyləyən baş redaktor qeyd edib ki, Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından böyük önəm kəsb edir. Digər tərəfdən, bu Reyestrin formallaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi media sahəsində boşluqların aradan qaldırılmasına öz töhfəsini verəcək.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, mətbuatımızın qısa zamanda keçdiyi inkişaf yoluna nəzər salmaqla həm dövlətin, həm də Medianın İnkişafı Agentliyinin qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiklərini və uğurlu nəticələrə nail olduqlarını böyük əminliklə söyləmək olar. Agentlik qısa müddətdə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqla media ictimaiyyətinin rəğbətini qazanıb. Hesab edirəm ki, dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il 26 sentyabr tarixli “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərmanı medianın inkişafında növbəti mərhələnin başlanmasının təsdiqidir. Bütün hallarda məqsəd peşəkar medianın fəaliyyətinin stimullaşdırılmasıdır. Media Reyestrinə daxil olan jurnalistlərə vahid jurnalistika vəsiqəsinin verilməsi könüllü olsa da, əminəm ki, bu addım media mühitinin sağlamlaşmasına çox müsbət təsir göstərəcək. Media Reyestrinin aparılması qaydaları “Media haqqında” Qanunun 73.6-cı maddəsinə uyğun tərtib edilib. Hər bir maddənin təhlili fonunda bu ümumiləşdirməni aparmaq mümkündür ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsində prioritet istiqamət cəmiyyətin informasiya tələbatının ödənilməsində mühüm rol oynayan mətbuat işçilərimizin peşəkarlığının və məsuliyyətinin artırılmasıdır. Həmin maddələr arasında bu mühüm müddəa da öz əksini tapır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır. Təbii ki, burada söhbət jurnalist təhsilindən getmir. İstənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Çünki bu gün başqa ixtisas sahibi olub mətbuatda öz sözünü deyən jurnalistlərimiz kifayət qədərdir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, bu ilin arxada qalan dövrü media sahəsində mühüm addımlarla zəngindir. Media Reyestrinin yaradılması və reyestrin aparılması qaydalarının təsdiqlənməsi medianın inkişafında açılan yeni səhifənin uğurlarla zəngin olacağından xəbər verir. Bunun üçün hər bir jurnalist bu qaydaları dərindən öyrənib mənimsəməli, bu mühüm addımın əhəmiyyətini düzgün təhlil etməli, ən əsası qarşıya qoyulan hədəfə öz töhfəsini verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib