Məhəmməd Barkindo: OPEC+ sazişi neft sektorunu tənəzzüldən xilas etdi
Bakı, 20 aprel, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC+) əldə edilən neft hasilatının azaldılmasına dair saziş neft sektorunu qısamüddətli tənəzzüldən xilas etdi.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Ciddədə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
“24 neft istehsalçısı ölkənin 2016-cı ilin dekabrında əldə etdikləri və hazırda da icra edilən Əməkdaşlıq Bəyannaməsi neft sənayesini geriləmədən xilas etməklə yanaşı, eyni zamanda, onun tənəzzülə uğramasının qarşısını aldı”, - deyə M.Barkindo bildirib.
OPEC-in baş katibi qeyd edib ki, OPEC-ə üzv ölkələr ABŞ-ın dostudur: “ABŞ-ın böyüməsi, inkişafı və rifahından biz də yararlanarıq”.
O əlavə edib ki, neft hasilatının azaldılmasını nəzərdə tutun saziş istehsalçı, istehlakçı və bütövlükdə qlobal iqtisadiyyatın lehinə olmaqla davamlı sabitliyi təmin etmək üçün icra edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]