Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məmməd Arazın təhsil aldığı, üç əsrə şahidlik edən məktəbdən reportaj FOTO

Məmməd Arazın təhsil aldığı, üç əsrə şahidlik edən məktəbdən reportaj  FOTO

Naxçıvan, 12 mart, Nail Əsgərov, AZƏRTAC

Məşhur bir aforizmdə deyilir ki, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. Bu baxımdan bir əsrlik inkişaf salnaməsi yazan Naxçıvan Muxtar Respublikasında həm “yaşı”, həm də özünəməxsus təhsil ənənələri ilə seçilən Şahbuzkənd tam orta məktəbi də tarixin keşməkeşli yollarında əsən burulğanları yararaq günümüzədək gəlib çıxıb və gələcəyə doğru inamla addımlayır. Rayon mərkəzindən 7 kilometr cənub-şərqdə yerləşən bu təhsil ocağı yarandığı tarixin iki əsrini arxada qoyub, üçüncü əsrini yaşayır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı təhsil ocağında 43 il pedaqoq kimi, 9 il isə direktor vəzifəsində çalışan, hazırda təqaüddə olan tarix müəllimi İsax Qurbanovla görüşüb, məktəbin keçmişinə nəzər salıb.

İsax müəllim deyir ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən olan Naxçıvanda elmə, maarifçiliyə daim böyük diqqət göstərilib. Bu inkişaf XIX əsrin sonlarında daha da yüksəlib, maarifçilik ideyaları böyük bir hərəkata çevrilib, yeni tipli məktəblər açılıb: “XIX əsrdə Naxçıvan qəzasında yaradılan, xalqın maariflənməsində mühüm rolu olan təhsil ocaqlarından biri də Şahbuzkənd məktəbidir. 1896-cı ilin dekabrında açılan təhsil ocağı 1904-1905-ci tədris ilinədək ikisinifli rus-tatar, sonra dördsinifli məktəb kimi fəaliyyət göstərib. 1923-1924-cü tədris ilindən 1937-ci ilədək səkkizillik məktəb statusu daşıyıb, 1937-1938-ci tədris ilində zərurət yarandığı üçün orta məktəbə çevrilib. Orta məktəb kimi ilk buraxılışı növbəti dərs ilində olub və 17 məzuna attestat təqdim edilib. Arxiv və abunə-mətbuat sənədlərindən məlum olur ki, ilk olaraq məktəbə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Mirzə Məhəmməd Zamanbəyli direktor təyin olunub, şəriyyət dərslərini Möhsün Axundzadə tədris edib. Əvvəlcə dərslər Naxçıvan xanlarına məxsus yaşayış evlərində keçilib, sonralar onların vəsaiti hesabına məktəb binası tikilib. Bu təhsil ocağının fəaliyyəti ilə bağlı sənədlərin birində göstərilir ki, 1909-1910-cu tədris ilində Cəfərqulu xan Naxçıvanski Şahbuzkənd məktəbində təhsil alan şagirdlərə məktəbli ləvazimatları hədiyyə edib, hədiyyə alanların içərisində Zərifə və Zəhra adlı iki qız da olub. Bu da onu deməyə əsas verir ki, həmin tədris ilindən məktəbdə oğlanlarla yanaşı, qızlar da təhsil almağa başlayıb”.

Həmsöhbətimiz bildirir ki, 1918-1920-ci illərdə məlum hadisələrlə əlaqədar məktəb müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Naxçıvanda sovet hakimiyyəti qurulandan sonra təhsil ocaqları xalq maarif komissarlığının nəzarətinə verilib. Həmin zaman məktəbdə 39 şagird təhsil alırmış. 1928-1929-cu tədris ilində şagirdlərin sayı iki dəfəyə yaxın artaraq 72 nəfər olub, onların da 6-sı qız idi. İkinci Dünya müharibəsinin acı nəticələri bütün təhsil müəssisələri kimi Şahbuzkənd məktəbinin fəaliyyətinə də mənfi təsir göstərib, şagirdlərinin sayı azalıb. Buna səbəb isə valideynləri müharibəyə yollanan yeniyetmə və gənclərin ailələrini dolandırmaq üçün kolxoz və sovxozlarda işləmək məcburiyyətində qalması olub.

Bu məktəb rayonun yeganə təhsil ocağı idi

İsax müəllimin sözlərinə görə, rayonda yeganə təhsil ocağı olan Şahbuzkənd məktəbinə bütün kəndlərdən şagirdlər gəlirdilər: “Təbii ki, o zaman üçün bu, heç də asan iş deyildi. Görün, bu kəndlə rayonun digər yaşayış məntəqələri - Nursu, Kükü, Keçili arasında neçə kilometr məsafə var. Lakin bütün zamanlarda insanların təhsil almaq istəyi uzaq məsafələri yaxın edib. Naxçıvan şəhərindən, muxtar respublikanın digər rayonlarından gəlib kənddə hansısa qohum, tanış evində qalaraq bu məktəbdə oxuyanlar da az olmayıb. Bütün bu illər ərzində məktəbin məzunlarının sorağı təkcə yurdumuzun bölgələrindən deyil, hətta kənarlardan da gəlib. Xalq şairi Məmməd Araz, görkəmli alim Firudin Hüseynov, tibb elmləri doktoru Şəmsi Əsədov, Azərbaycan Respublikasının Əməkdar artisti Yaşar Səfərov, Əməkdar həkim Arif Rzayev, biologiya üzrə fəlsəfə doktoru Musa Piriyev, riyaziyyat elmləri namizədi İbrahim Rüstəmov, şahbuzlu ilk polkovnik-leytenant qadın Xanımzər Nabatəliyeva, həkimlər Məmmədəli Quliyev, Şəmsi Əsgərov, Elsevər Ağəliyev, Vəli Qəhrəmanov bu məktəbin yetirmələridir”.

Hazırda təhsil müəssisəsinin adını daşıdığı Mirzə Sadıx nəslinin davamçıları uzun illər məktəbdə pedaqoji fəaliyyətlə məşğul olublar. Onun oğlu, İkinci Dünya müharibəsi veteranı Əli Xəlilov məktəbdə 70 il Azərbaycan dili və ədəbiyyatı dərsini, hətta lap əvvəllər ixtisaslı müəllimlərin olmadığı illərdə rus dilini yaxşı bildiyi üçün bu fənni də tədris edib. Mirzə Sadıxın nəvəsi Əfrasiyab Xəlilov məktəbdə 50 il müəllim, 18 il direktor kimi çalışıb, 2006-cı ildə məktəbin 110 illik yubileyində “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Müasir tədris avadanlıqları, nümunəvi fəaliyyət

Məktəbin hazırkı direktoru Xəqani Həzrətquliyev təhsil ocağının müasir dövrü barədə söhbət açır. Deyir ki, Şahbuzkənd məktəbi muxtar respublikamızın qədim kökə, zəngin təhsil ənənələrinə malik elm ziyası yayan ocaqlarındandır. Hamımıza məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə böyük quruculuq siyasəti həyata keçirildi. Reallaşdırılan kompleks inşaat işləri kəndimizə, eləcə də məktəbimizə yeni həyat bəxş etdi. 2008-ci ildə kənddə 216 şagird yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verildi. Məktəbdə iki elektron lövhəli, bir kompüter sinfinin, STEAM otağının yaradılması şagirdlərin müasir texnologiyaların sirlərinə dərindən yiyələnmələrinə, intellektual səviyyələrinin məntiqi cəhətdən inkişafına xidmət edir. Burada gənc nəslin düzgün, sağlam fiziki keyfiyyətlərə malik olması üçün lazımi avadanlıqlarla təchiz edilən geniş idman zalı da var. Məktəbdə bir laboratoriya, fondunda 3498 kitab (972 dərslik, 2526 bədii ədəbiyyat) olan kitabxana da fəaliyyət göstərir.

“Hazırda Şahbuzkənd tam orta məktəbində 72 şagird təhsil alır. Hər il ali məktəblərə qəbulun səviyyəsinə görə təhsil ocağı öz nümunəviliyini qoruyub saxlayır. Son 3 tədris ilinin göstəriciləri də bu baxımdan ürəkaçandır. Belə ki, 2020-2021-ci tədris ilində məzun olmuş 9 şagirddən 4-ü, 2021-2022-ci tədris ilində məzunların hamısı, 2022-2023-cü tədris ilində isə 6 şagirddən 3-ü ali təhsil müəssisələrinə qəbul olub. 2023-2024 -cü tədris ilinin də bu baxımdan uğurlu olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Şahbuzkənd tam orta məktəbi səmərəli fəaliyyətinə görə fəxri fərmanla da təltif olunub. Sözsüz ki, onilliklər boyu özünəməxsus təhsil ənənələrinin davam etdirilməsinin, tədrisin keyfiyyətinin nəticəsidir ki, burada çalışan 23 müəllimdən 14-ü məktəbin məzunudur. Onların hər biri bu məktəbin qədim ənənələrini qoruyub yaşadan, yeni nəsillərə öyrədəndirlər. Şahbuzkənd həm də qəhrəman şəhidləri Emin Sadiqov və Cavid Bayramlı ilə öyünür, fəxr edir. Sözsüz ki, həm bu igidlərin xidməti fəaliyyətinin, döyüş yolunun, həm də vaxtilə məktəbin məzunu olmuş ziyalıların irsinin aşılanması şagirdlərdə yüksək əxlaqi-keyfiyyətlərin formalaşmasında, onların vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətli rol oynayır”, - deyə o əlavə edir.

Deyirlər, keçmişini unudanın gələcəyi olmaz. Bu gün Şahbuzkənddə fəaliyyət göstərən çinar ömürlü bu təhsil ocağının müəllimləri şagirdlərin gələcəyinin sağlam təməllər üzərində qurulmasına çalışmaqla yanaşı, məktəbin dünəni barədə bildiklərini gənc nəslə aşılayır, həm də bir məktəbin timsalında tarixi keçmişimizə çıraq tutmağı ümdə vəzifələrdən hesab edirlər. İnanırıq ki, tarixi köklər, sağlam prinsiplər üzərində elm ziyası yayan üç əsrin məktəbinin hələ qarşıdakı illərdə qazanacağı uğurlar daha da çox olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar