Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın (AMB) 50101879S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən qiymət aralığı 99.4585 AZN (7 faiz) və 99.4773 AZN (6.76 faiz) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 milyon 530 min 600 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.4585 AZN (7 faiz), orta ölçülmüş qiyməti 99,4647 AZN (6.92 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 136 milyon 530 min 600 AZN təşkil edib. Notlar iyunun 6-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]