İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
![Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib](/files/2022/1/1200x630/16474339433961253220_1200x630.jpg)
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (ARMB) 50101196S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 15 milyon 21 min 700 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar aprelin 13-də ödəniləcək.