MƏDƏNİYYƏT
Mətyu Brayzə: Bakı Şopinq Festivalında “Tax free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Şopinq Festivalında (Baku Shoppıng Festıval) “Tax free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb.
AZƏRTAC festivalın rəsmi saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Mətyu Brayzə Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşərkən deyib.
“Bakıda Şopinq Festivalının keçirildiyini eşitmək çox xoşdur. Məncə, festivalboyu “Tax Free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”, – deyə M.Brayzə bildirib.
Keçmiş səfir əmindir ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: “İrandan və bəzi ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq”.