CƏMİYYƏT
Milli Məclisdə “Mikro və kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi müzakirə edilir
Bakı, 29 sentyabr, AZƏRTAC
Milli Məclisdə “Mikro və kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.
Qanun layihəsi 5 fəsil, 15 maddədən ibarətdir.